background img
banner

Həqiqi elm nədir?

Increase text size Decrease text size

Elm nədir?

Züreys Künasi deyir ki, İmam Sadiqin (ə) yanında idim. Əbu Bəsir də burada idi.
İmam Sadiq (ə) buyurdu: "Həzrət Davud peyğəmbərlərin, Süleyman Davudun və Məhəmməd (s) Süleyman və Davudun elminin varisidir. Məhəmmədin (s) də elminin varisi bizik. İbrahimin (ə) "sühüf"u (vəyh yazılmış səhifələr) və Musanın "əlvah"ı (vəhy yazılmış lövhələr) bizim yanımızdadır".

Əbu Bəsir dedi: "Həqiqətən də, bu elmdir".

İmam Sadiq (ə) buyurdu: "Ey Əbu Məhəmməd! Bu elm deyil. Həqiqi elm odur ki, hər gecə və gündüz, hər gün və hər saat yenilənir". - (Əl-Kafi, c1, s.559).

 

الكافي (ط - دارالحديث) ؛ ج1 ؛ ص559 - عَنْ ضُرَيْس الْكُنَاسِيِّ، قَالَ: كُنْتُ عِنْدَ أَبِي عَبْدِ اللَّهِ عليه السلام وَ عِنْدَهُ أَبُو بَصِيرٍ، فَقَالَ أَبُو عَبْدِ اللَّهِ عليه السلام: «إِنَّ دَاوُدَ وَرِثَ عِلْمَ الْأَنْبِيَاءِ، وَ إِنَّ سُلَيْمَانَ وَرِثَ دَاوُدَ، وَ إِنَّ مُحَمَّداً صلى الله عليه و آله وَرِثَ سُلَيْمَانَ، وَ إِنَّا وَرِثْنَا مُحَمَّداً صلى الله عليه و آله، وَ إِنَّ عِنْدَنَا صُحُفَ إِبْرَاهِيمَ وَ أَلْوَاحَ مُوسى».
فَقَالَ أَبُو بَصِيرٍ: إِنَّ هذَا لَهُوَ الْعِلْمُ.
فَقَالَ: «يَا أَبَا مُحَمَّدٍ، لَيْسَ هذَا هُوَ الْعِلْمَ، إِنَّمَا الْعِلْمُ مَا يَحْدُثُ بِاللَّيْلِ وَ النَّهَارِ يَوْماً بِيَوْمٍ، وَ سَاعَةً بِسَاعَةٍ».

 

İmam Əli (ə): "Elm nəfsi dirildir, ağlı nurlandırır və cəhaləti öldürür". - (İmam Əlidən (ə) 5000 hikmətli söz, n: 110).

Tarix : 2016-11-08Baxış sayı : 56