background img
banner

Doğru çıxmağımıza görə başqalarından istifadə

Increase text size Decrease text size

Bəzən biz özümüzü böyük şəxsiyyətlərə bənzədərək əslində onların tutduğu yolun doğruluğunu deyil, öz yolumuzun doğru olmasını isbatlamağa çalışır və həmin şəxsiyyətlərə istinad edərək ətrafımızdakıları qane etmək istəyirik. Məsələn, Hz. Loğmanın nə elmindən, nə fəzilətindən, nə başqa xüsusiyyətlərindən danışmır, lakin deyir ki, "çirkinliyimi mənə qüsur bilənlər bilməlidir ki, Hz. Loğman da çirkin olub".

Axı dünyada çirkin bircə Hz. Loğman olmayıb ki?! Sənə qədər milyonlarla çirkinlər gəlib-gedib. Loğmanı Hz. Loğman edən çierkinliyi yox, başqa cəhətlərdir axı! Sən niyə bu çirkinlik tərəfindən yapışmısan?!

Yaxud da çox eşitmiş və görmüsünüz ki, biri hansısa bir ictimayi mövzuda susursa, susmağına dəlil olaraq İmam Həsən (ə) kimi rəftar etdiyini deyir, digəri isə çılğın yanaşırsa bu da dəlil olaraq İmam Hüseyn (ə) kimi rəftar etdiyini deyir. Halbuki eyni şəraitdə kimin yalnış, kimin doğru hərəkət etdiyi hələ məlum deyil.

Beləcə, Aşura hadisəsinin də bənzər təfsirlərində (istər doğru olsun istərsə də yalnış) öyrənmək üçün heç bir dərs yoxdur. Çünki hələ təfsir və şərh edənin özünün nə dərəcədə doğru olduğunu təsdiqləməsi lazımdır. Biz hadisədən və məsumların rəftarlarndan (nəticədən) öncə onların üslubları, məsələlərə yanaşma tərzi ilə tanış olmalıyıq. Amma təəssüflər olsun ki, biz onların üslubundan deyil nəticələrindən yəni nəticədə gördükləri işdən nümunə götürmək istəyirik.

Bəhruz Camal

Tarix : 2016-11-08Baxış sayı : 49