background img
banner

Namazın birinci təkbirinin və rükunun nə anlamı var?

Increase text size Decrease text size

Namazda Allahın təkliyini etiraf etmək

Namazın birinci təkbirinin və rükunun nə anlamı var?

Bir nəfər Əmirəlmömininin yanına gəlib dedi: “Ey Allahın məxluqatının ən üstününün əmisioğlu, Birinci təkbirdə əlləri qaldırmağın mənası nədir?

Həzrət buyurdu: Onun mənası “Allahu əkbər”dir. (Allahu əkbər – yəni Allah onu vəsf edənlərin vəsfindən daha uca və böyükdür) “Allahu əkbər”in mənası isə odur ki, Allah tək və yeganədir. Heç nə onun kimi deyil, heç nə ilə müqayisə olunmur, əşyalar və cinslərlə bənzərliyi yoxdur. Hiss üzvləri ilə dərk olunmur”.

Həmin şəxs sual verdi: “Bəs boyunu rüku zamanı irəli uzatmağın mənası nədir?”

Həzrət buyurdu: “Yozumu (təvili) odur ki, “Aməntu bivəhdaniyyətikə və ləu darabtə unuqi”. (yəni sənin təkliyinə iman gətirmişəm, hətta boynumu vursan belə!)

F.A.

Mənbə: Şeyx Səduq, “İləlüş-Şəraye”.

Tarix : 2016-11-08Baxış sayı : 66