background img
banner

Həyətimizə girən ağac budaqlarını kəsmək olar?

Increase text size Decrease text size

Əgər qonşunun ağacının budaqları mənzilimizin ərazisinə daxil olsa, onları kəsə bilərikmi və ərazimizdəki meyvələrindən istifadə edə bilərikmi?

Cavab: Əgər budaqların mənzilə daxil olması narahatçılığa və asayişin pozulmasına səbəb olsa, həmçinin ev sahibi buna razı olmasa, habelə qonşunun ağacının budaqlarını onun öz mənzilinə qaldırmaq mümkün olarsa, təkcə budaqları onun mülkünə sarı qaldırmaq olar. Bu mümkün olmasa, o zaman qonşuya bunu bildirmək lazımdır. Əgər qonşu etina etməsə və lazım tədbirlər görməsə, o zaman Şəriət qanunları hakiminə (yaxud məhkəməyə) müraciət edilməlidir. Əlbəttə, bu barədə qanunları nəzərə almaq lazımdır. Əksər ölkələrin qanunlarında – yəni ağac sahibi narahatçılığı aradan qaldırmaqdan imtina etdikdə, kəsilməsinə icazə verilir. Daha məhkəməyə müraciət etməyə lüzum qalmır.

Ancaq ağac sahibinin icazəsi, yaxud etiraz etməyəcəyinə arxayınçılıq olmadan meyvələrdən istifadə edə bilməz. Habelə ağac sahibinə də icazə verilmir ki, qonşusunun həyətinə girsin və meyvələri yığsın.

Belə bir vəziyyətdə ən üstün iş iki tərəf arasında razılığa gəlməkdir. Qonşular bir-birinin hüquqlarına riayət etməyə çalışmalıdır.

 

F.A.

Tarix : 2016-11-08Baxış sayı : 80