background img
banner

İmam Hüseynin Rüqəyyə adlı bacısı olmuşdurmu?

Increase text size Decrease text size

İmam Hüseynin Rüqəyyə adlı bacısı olmuşdurmu? O da həzrətin digər bacıları kimi Kərbəlada iştirak etmişdirmi?

Bəzi hədis və tarix mənbələrinin nəqlinə əsasən, İmam Əlinin Ruqəyyə adlı qızı olmuşdur və onu öz əmisi oğlu Müslim ibn Əqillə evləndirmişdir. Ruqəyyənin bir neçə övladı oldu: Abdullah, Əli və Məhəmməd. Abdullah Kərbəlada şəhid olmuşdur. (Fəzl ibn Həsən Təbərsi, “Elamul-Vəra bi-Ə`lamil-Huda”, c.1, s.397; İbn Əbüddünya Əbu Bəkr Abdullah ibn Məhəmməd, “Məqtəlul-İmam Əmiril-Muminin Əli ibn Əbi Talib, s.122; Əhməd ibn Yəhya Bəlazəri, “Ənsaful-Əşraf”, c.2, s.70-71; Əli ibn Hüseyn Əbülfərəc İsfəhani, “Məqatilut-Talibiyyin, s.98)

Bəziləri deyib ki, İmam Əlinin Rüqəyyə adlı qızı uşaqlıqda vəfat etmişdir. (Əbu Bəşər Dulabi, “Əz-Zurriyyətut-Tahirə”, s.92; Sibt ibn Cövzi, “Təzkirətul-Xəvass minəl-Umməti fi Zikri Xəsaisil-Əimmə”, s.289)

Hər halda, İmam Hüseynin Ruqəyyə adlı bacısı olmuşdur.

Lakin həzrətin bacısı Ruqəyyənin İmam Hüseynlə birlikdə Kərbəlada olub-olmamasına gəlincə, rəvayət mənbələrində onun adı açqılanmamış, təkcə ümumi şəkildə işarə olunmuşdur ki, İmamın bacıları da o həzrətlə birlikdə Məkkəyə doğru səfər etmiş və oradan Kərbəlaya doğru yola düşmüşlər.

İmam Zeynəlabidin buyurmuşdur ki, Hüseyn bacılarını, qızını və qardaşı oğlu Qasim ibn Həsən ibn Əlini məhmilə (kəcavə) süvar etmişdi. Sonra tərəfdarlarından və ailəsindən 21 nəfər ilə, o cümlədən Əbu Bəkr ibn Əli, Məhəmməd ibn Əli, Osman ibn Əli, Abbas ibn Əli, Abdullah ibn Müslim ibn Əqil, Əli Əkbər və Əli Əsğər yola düşdü. (Məhəmməd ibn Əli Səduq, “Əl-Əmali”, s.152)

İbn Əsəm Kufi (vəfatı: 314 q.) “Əl-Fütuh”da deyir ki, Hüseyn özü ilə birlikdə İraqa sarı getmək niyyətində olan tərəfdarlarını topladı və hər birinə on dinar, azuqə və əşyaları daşımaq üçün bir dəvə verdi. Həmin vaxt Allah evini, Səfa və Mərvəni təvaf etdi, getməyə hazırlaşdı, qızlarını və bacılarını kəcavəyə mindirdi. (İbn Əsəm Kufi, “Əl-Fütuh”, c.5, s.69)

Amma Ümmü-Külsüm Kərbəlada İmamla birlikdə olmuşdur. Bu haqda “Əl-Əxbarut-Tival”da belə qeyd edilmişdir: “Hüseyn də Məkkəyə sarı yola düşdü və iki bacısı Zeynəb və Ümmü-Küslüm, qardaşı oğlanları, qardaşları: Əbu Bəkr, Cəfər və Abbas, qardaşı Məhəmməd ibn Hənəfiyyədən başqa Mədinədə olan bütün qohumları onunla birlikdə idilər”. (Əbu Hənifə Əhməd ibn Davud Dinəvəri, “Əl-Əxbarut-Tival”, s.228)

Tarix : 2016-09-23Baxış sayı : 163