background img
banner

"Mərfu hədis" nədir?

Increase text size Decrease text size

Biz "mərfu hədis" ifadəsini, demək olar ki, tez-tez eşidirik. Elə isə, nə anlam daşıyır?

"Mərfu hədis" "vahid xəbər"in kateqoriyalarından biridir.

Qeyd edək ki, "vahid xəbər"in nə olduğu uzun mövzu olduğuna görə izahı başqa vaxta qalsın..

"Mərfu hədis" Dirayə elminin terminlərindən biridir. İki mənada işlədilmişdir:

Qeyd edək ki, "mərfu" ifadəsi lüğət baxımından qaldırılmış, çıxarılmış, kənarlaşdırılmış mənasındadır.

1. Bir hədisin bir, yaxud birdən çox rəvayət edənin adı - hədisin sənədinin ortasında, yaxud axırında düşsə, "rəf`" ləfzilə izah olunur. Məsələn: "Küleyni Əli ibn İbrahimdən, o, öz atasından, mərfu yolla İmam Sadiqdən nəql etmişdir". Bu növ "rəf`" mürsəl hədisin misdaqıdır (nümunəsidir).

Qeyd edək ki, mürsəl hədis o hədisə deyilir ki, ravi ilə məsum arasında olan vasitə düşmüş olsun.

2. Sənədin axırı məsumun sözü, yaxud hərəkəti, ya da təqririnə izafə olsun. İstər onun sənədində irsal olmuş olsun, ya da olmasın.

Qeyd edək ki, təqrir - məsumun danışan, yaxud iş görən adama qarşı imzası (yəni icazə verməsi) və təyid (yəni dəstəkləməsi) etməsidir.

İrsal isə hədisin sənədində bir, yaxud bütün ravilərin aradan getməsidir.

İkinci növ "rəf`"ə misal çəkək:
Məsələn, İmamın səhabələrindən biri deyir: İmam Sadiq belə buyurmuşdur. Yaxud deyir: Gördüm ki, imam belə bir iş görür. Yaxud deyir ki, mən İmamın yanında filan işi gördüm, o da inkar etmədi. İkinci mənada olan "mərfu hədis" hədis haqqında əlavə danışmaq da olar.

F.A.

Tarix : 2016-11-08Baxış sayı : 107