background img
banner

Tövriyə nədir?

Increase text size Decrease text size

Bəzən danışan şəxs bir mətləb deyir ki, sözünün zahirindən başa düşülən məfhum niyyətində tutduğunun əksi olur. Əgər onun məqsədi gerçəklə uyğun gəlsə, söz doğru sayılır. Hərçənd sözünün zahiri gerçəklə ziddi olsa da. Buna tövriyə deyilir. Tövriyədə danışan şəxsin məqsədi gerçəklə uyğundur. Amma onun sözü gerçəklə uyğun deyil. Bu səbəbdən, onun məqsədi həqiqətlə uyğun olsa, doğru olacaqdır. Amma niyyəti həqiqətin ziddi olsa, yalan söyləmiş olacaqdır.

 

Məsələn, bir nəfərə sual verirlər: “Filankəs evdədir?” Şəxs qapı arxasından boş yerə işarə edib deyir: “Burda deyil”. Onun məqsədi odur ki, filankəs həmin yerdə deyil. Amma söz soruşan adam elə başa düşür ki, filankəs evdə deyil. Bu, həqiqətin və tövriyənin ziddinədir.

 

Yaxud sizdən bir şey istəyir və siz deyirsiz: Əlimdə heç nə yoxdur. Sizin məqsədiniz odur ki, mülahizə etdiyiniz bu əlinizdə heç nə yoxdur. Amma söz soruşan adam belə başa düşür ki, nəzərdə tutduğunuz odur ki, ümumiyyətlə pulunuz yoxdur. Deməli, əgər söz deyənin məqsədi həqiqətlə uyğun gəlsə, doğru söz deyib. Baxmayaraq ki, sözünün zahiri həqiqətə zidd olsa da.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-11-09Baxış sayı : 77