background img
banner

Vacib qüsllər hansılardır?

Increase text size Decrease text size

Vacib qüsllər hansılardır?

Vacib qüsllər yeddidir:
1. Cənabət qüslü
2. Heyz (aybaşı) qüslü
3. Nifas (doğuşdan sonrakı qadından çıxan qan) qüslü
4. İstihazə (aybaşının müddətindən artıq qan gəldikdə) qüslü
5. Məss meyit (meyitə toxunmaq) qüslü
6. Meyit qüslü
7. Nəzir, and içmə və bunun kimi vasitələrlə vacib olan qüsl.

Ayətullah Sistani qeyd edib ki, günəş və ay tamam tutulduqda, şəri öhdəçiliyi olan kəs (mükəlləf) qəsdən Ayət namazını qılmasa, nəticədə namaz qəzaya getsə, vacib ehtiyata əsasən, onun qəzası üçün qüsl etməlidir.

Ayətullah Zəncani qeyd edir ki, vacib qüsllər səkkizdir: 1) Cənabət qüslü, 2) heyz qüslü, 3) nifas qüslü, 4) istihazə qüslü, 5) meyitə toxunma qüslü, 6) meyit qüslü, 7) ay və günəş tutulduqda qəsdən Ayət namazı qılmayan kəs, ay və günəş tamam tutulmuş olduğu təqdirdə, vacib ehtiyata əsasən Ayət namazının qəzasını yerinə yetirmək üçün qüsl almalı və namazı qılmalıdır. Qüslsüz qılınan namaz batildir. 8) Nəzir, and və onun kimi vasitə ilə, yaxud icarə, yaxud əqd gedişatında şərt, yaxud da itaət olunması lazım sayılan tapşırıq yolu ilə vacib olmuş qüsl. 

F.A.
 

Tarix : 2016-11-09Baxış sayı : 84