background img
banner

Müsəlmanları harada dəfn etmək olmaz?

Increase text size Decrease text size

Müsəlmanları qeyri-müsəlmanların məzarlığında, yaxud qeyri-müsəlmanı müsəlmanların qəbiristanlığında dəfn etməyin hökmü nədir?

Müsəlmanları kafirlərin məzarlığında, kafirləri də müsəlmanların qəbiristanlığında dəfn etmək caiz deyil.

(Bu məsələ Ayətullah Behcətin risaləsində yoxdur. Ayətullah Təbrizi “ehtiyata əsasən”, Ayətullah Məkarim isə “vacib ehtiyata əsasən”, deyə qeyd etmişlər)

Müsəlmanları onlara hörmətsizlik sayılan yerlərdə dəfn etmək caiz deyil. Məsələn, zibillik və kəsafət tökülən yerdə.

(Bu məsələ də Ayətullah Behcətin risaləsində yoxdur. Ayətullah Məkarim buna “haram” fətvası vermişdir)

Tarix : 2016-11-09Baxış sayı : 64