background img
banner

Tibbi yolla hamiləliyin qarşısını almaq olarmı?

Increase text size Decrease text size

Hamiləliyin qarşısını almağın hökmü nədir?

 

Dərmanla qarşısını almaq

Qadın dərman, yaxud inyeksiyadan istifadə edərək hamiləliyin qarşısını ala bilərmi? əgər ər icazə verməzsə, hökmü nədir?

Bir dəstə alimlər qeyd edib ki, əgər mühüm ziyanı olmazsa və ər razı olsa, problemi yoxdur. (Seyid Xomeyni, Şeyx Behcət, Seyid Xamenei, Şeyx Nuri və Şeyx Məkarim)

Başqa bir dəstə alimlər isə qeyd edib ki, mühüm ziyanı olmazsa, heç bir problemi yoxdur. Ərin razılığı olmazsa belə. (Şeyx Təbrizi)

Başqa bir fikir isə odur ki, əgər mühüm ziyan olmazsa, vacib ehtiyata əsasən əri razı olsa, problemi yoxdur. (Şeyx Safi)

 

Cərrahi yolla qarşısını almaq

Kişi və qadın cərrahiyyə əməliyyatından istifadə edərək, bir daha övladlarının olmaması üçün bunun qarşısını ala bilərmi?

Demək olar ki, əksər fəqihlər bu işin icazəli olmadığını qeyd ediblər. (Seyid Xamenei, Seyid Sistani və Şeyx Təbrizi istisna olmaqla)

Bir fikir odur ki, bu iş ciddi ziyana – yəni məsələn, hansısa bir üzvün kəsilməsinə səbəb olsa, yaxud bununla yanaşı haram baxışa və toxunuşa səbəb olsa, haramdır. Bundan qeyri durumda isə vacib ehtiyata əsasən caiz deyil. (Şeyx Təbrizi)

Başqa fikir isə odur ki, əgər bu iş ciddi zayana – məsələn bədən üzvünün kəsilməsinə səbəb olmasa və bununla yanaşı haram baxış və toxunuşa gətirib çıxarmazsa problemi yoxdur. (Seyid Sistani)

Digər bir fikir isə odur ki, əgər bu iş ağıl baxımından vadaredici səbəbdən olarsa, ciddi ziyana (məsələn, hansısa bir üzvün kəsilməsinə), habelə ardınca haram baxış və toxunuşa gətirib çxıarmazsa, problemi yoxdur. (Seyid Xamenei)

 

Daimi, yaxud müvəqqəti sonsuzluq

Əgər hamilə qalmaq qadına zərər verərsə və canını təhlükəyə atarsa, müəyyən cihazlardan istifadə edərək onu sonsuz etmək olarmı?

Demək olar ki, bütün müctəhidlər qeyd edib ki, əgər daimi sonsuzluqdan başqa bir yol qalmazsa problemi yoxdur.

Bir nəzər də odur ki, qeyd olunmuş fərziyədə problemi yoxdur. (Seyid Sistani və Seyid Xamenei)

 

Bəzi cihazlardan istifadə edərək müvəqqəti yolla hamiləliyin qarşısını almaq olarmı?

Bütün fəqihlər qeyd edib ki, mühüm bir ziyan yetişməzsə, haram baxış və toxunuşa səbəb olmazsa, bir problemi yoxdur.

 

Hamilə qalacağı təqdirdə uşağın nöqsanlı, əlil, yaxud genetik xəstəliklə doğulacağı məlum olarsa, o zaman kişi, yaxud qadın özünü sonsuz edə bilərmi?

Bir fikir odur ki, xeyr, sonsuz etmək caiz deyil. (Seyid Xomeyni, Şeyx Behcət, Şeyx Safi, Şeyx Fazil, Şeyx Nuri, Şeyx Vəhid)

Digər fikir odur ki, əgər bu iş ciddi ziyana səbəb olarsa (hansısa bir üzv kəsilərsə), ardınca haram baxış və toxunuşa gətirib çıxararsa, haramdır. Bundan başqa durumda vacib ehtiyata əsasən caiz deyil. (Şeyx Təbrizi)

Başqa bir fikir odur ki, qeyd olunan fərziyədə sonsuz etməyin problemi yoxdur. (Seyid Sistani, Şeyx Məkarim)

Digər bir fikir də odur ki, bu iş ağıla uyğun olarsa (yəni çıxılmaz vəziyyətdir, həm də bu, ən yaxşı yoldur), ciddi ziyana (hansısa bir üzvün kəsilməsinə), haram baxış və toxunuşa gətirib çıxartmazsa, işkalı yoxdur. (Seyid Sistani)

 

Hazırladı: Fərid Abdullah

 

 

Tarix : 2016-11-09Baxış sayı : 79