background img
banner

Qeybət etdikdə, yaxud töhmət vurduqda nə etməliyik?

Increase text size Decrease text size

Sual: Qeybət və töhmət kimi boynumuzda camaatın haqqı varsa və heç cür həmin şəxslərə əlimiz çatmırsa, halallıq almaq üçün nə etməliyik?

 

Cavab: Qeybət edildiyi təqdirdə razılıq almaq lazımdır. Məsələn, siz ondan ümumi şəkildə halallıq ala bilərsiniz. Belə ki, bu halallığın içində qeybət edilən mövqe də olsun. Əgər həmin şəxs nəzərdə tutduğunuzu bilməsə də, ancaq razılıq versə, kifayət edər. Məsələn, deyin ki, “Ola bilər xətrinə dəymişəm, səni incitmişəm, acığına gələ biləcək bir iş görmüşəm, zəhmət olmasa, haqqını mənə halal et”.

 

Amma əgər əliniz həmin şəxsə çatmasa, yaxud ona deyəcəyiniz, yaxud halallıq alacağınız təqdirdə daha böyük problemlər baş qaldıracaqsa, o zaman tövbə edin, Allahdan bağışlanma diləyin. Bir də belə iş tutmayacağınıza Allah qarşısında söz verin. Bacardığınız qədər həmin insanın xoş şeylərini danışın.

 

Farid Abdullah

 

 

Tarix : 2016-11-10Baxış sayı : 74