background img
banner

Qunutda öz ana dilimizdə dua oxuya bilərikmi?

Increase text size Decrease text size

Qunutda öz ana dilimizdə dua oxuya bilərikmi? Bu barədə alimlərimizin nəzəri nədir?

 

Əksər fəqihlər istər vacib, istərsə də vətr namazı kimi müstəhəb namazların qunutunda ana dilində, yaxud başqa bir dildə dua etməyin caiz olduğunu söyləmişlər.

 

Əlbəttə, bəzi fəqihlərimiz də vardır ki, bunun ehtiyatın ziddinə olduğunu hesab etmişlər. Yəni ehtiyat – qunutun ərəb dilində oxunulmasıdır. Məsələn, Şeyx Məkarim başqa dildə oxumağı caiz bilmir. Şeyx Fazil Lənkərani isə vacib ehtiyatın ziddinə olduğunu hesab edir.

 

Farid Abdullah

Tarix : 2016-11-10Baxış sayı : 76