background img
banner

Peyğəmbərdən sonra höccət varmı?

Increase text size Decrease text size

Məgər “Müjdə verən və xəbərdarlıq edən elçilər (də göndərmişik) ki, (daha bu) elçilərdən sonra camaatın Allaha bir höccəti olmasın” – kimi ayələr peyğəmbərlərdən sonra başqa bir höccətin olmayacağına şahidlik etmir? Görəsən bu, şiələrin inancına zidd deyilmi?
Məsum imamların höccət olmasını sual altına qoyan və bunun xatəmiyyət ilə ziddiyyət təşkil etməsilə əlaqədar şübhələrdən biri budur ki, qeyd edilən ayə (“Nisa” surəsi, 164-cü ayə) xatəmiyyətə və peyğəmbərlərdən sonra ilahi höccətin olmasının qeyri-mümkünlüyünə dəlalət edir. Bu şübhəni yayan şəxslər ilk öncə yuxarıdakı ayəni səhv tərcümə və yanlış təfsir etmişlər, beləcə, nadürüst bir nəticəyə varmışlar. Onların gəldiyi nəticə budur ki, ilahi elçilərdən sonra Allah kimsəni höccət qərar verməmişdir. İslam dinində bu ayənin hökmünə əsasən peyğəmbərlərdən sonra kimsə höccət deyildir. Peyğəmbərlərdən başqa birisinə vəhy olunmayıb. Lakin məzhəbdə hər bir imam höccət və hər başçının söylədikləri də höccətdir.
Bu yanlış tərcümə və düşüncənin qarşısında bir neçə nöqtəni işarə etmək lazımdır:
1. Yuxarıdakı ayə peyğəmnərlərin göndərilməsinin fəlsəfəsini açıqlayır və izah edir. Çünki bəziləri güman edirdilər ki, ağılın mövcud olması ilə daha səmavi peyğəmbərliyə ehtiyac yoxdur. Ya da mümkün idi ki, bəziləri Qiyamətdə özlərinin Allah və axirətə iman bəsləməmələrinin səbəbini onlara ilahi höccətin tamam olmaması ilə əsaslandırsınlar. Buna görə də ayə peyğəmbərlərin göndərilməsinin zəruriliyini bu cür izah edir ki, tarix boyu Allah peyğəmbərləri iki xüsusiyyətlə - müjdə verən və xəbərdarlıq edən olaraq göndərmişdir ki, camaatın lehinə və Allahın əleyhinə bir bəhanə olmasın. Deməli, əslində ayə peyğəmbərlərin xatəmiyyətini və ilahi höccətləri müzakirə etmək mövqeyində deyil ki, ilahi höccətin yekunlaşması kimi qəbul edilsin.
Bu nəticəni qüvvətləndirən odur ki, ayədə hər bir peyğəmbərin göndərilməsindən sonra onun xitab etdiyi kəslərə höccətin tamam olduğunu göstərilir. Lakin bununla yanaşı demək olmaz ki, həmin peyğəmbərdən sonra başqa bir peyğəmbər gəlməyəcəkdir.
2. Yuxarıda aydın oldu ki, ayədə höccət deyərkən dəlil və inkarçı şəxslərin yapışdıqları bəhanə nəzərdə tutulur. Daha burada peyğəmbər, yaxud imamlar kimi seçilmiş kəsrlədən söz getmir.
3. Ayə xatəmiyyətin və elçilərin zühurunun sona çatdığını göstərir və bu iddia ittifaq edilən bir məsələdir. Lakin ilahi höccətin sona çatma anlamında deyil. Belə ki, sonuncu səmavi höccət olan Peyğəmbərin vəfat etməsilə nübüvvət sona çatır. İmamət və vilayət növündən olan səmavi höccət isə onun yerinə keçir. Peyğəmbərdən nəql olunan bir sıra rəvayətləri əsas götürsək məlum olur ki, məsum imam nübüvvətin – mərceiyyət, dinin təfsiri və itaət olunmasının vacib olması kimi bütün işlərini yerinə yetirir. Onun sözü elə Peyğəmbərin sözüdür və başqaları üçün höccət və nümunədir. Peyğəmbər dəfələrlə İmam Əlinin məqam və mövqeyini açıqlamış və onu seçilmiş, ilahi höccət kimi tanıtdırmışdır. Necə ki Peyğəmbər həzrət Əlini öz əshabından birinə göstərərək demişdir: “Mən və Əli Allahın məxluqatı üzərində höccətiyik”. (İbn Şəhr Aşub Mazandarani, “Mənaqibu Ali Əbi Talib”, c.3, s.97; İbn Əsakir, “Tarixu Mədinəti Diməşq”, c.42, s.308)
Burada diqqət etmək lazımdır ki, Peyğəmbər İmam Əlinin özü kimi ilahi bir höccət olduğunu açıqlayır. Peyğəmbər sanki hər ikisinin ilahi höccət olduğunu bir nümunədə təfsir edir.
Habelə Peyğəmbər buyurmuşdur: “Həqiqətən də, Allah Əlini, onun zövcəsini və oğlanlarını öz məxluqatına höccəti qərar vermişdir”. (Übeydullah ibn Əhməd Həskani, “Şəvahidut-Tənzil liqəvaidit-Təfdil”, c.1, s.76)
Buna görə də ayənin məfhum və mənası odur ki, vəhyin kökü həmişə bəşər arasında olmuşdur. Nə cür mümkündür ki, insan fərdləri yol göstərənsiz və rəhbərsiz qalsınlar, üstəlik onlardan məsuliyyət və öhdəçilik tələb olunsun?! Buna görə də ayənin demək istədiyi budur: “Biz bu elçiləri müjdə verən və qorxudan qərar vermişik ki, onlar camaatı Allahın rəhmət və mükafaytına ümidvar etsinlər və cəzasından da qorxutsunlar. Bununla da onlara höccət tamamlansın və bəhanələri olmasın”.
Buna görə də ayənin məfhum və mənası odur ki, vəhyin kökü həmişə bəşər arasında olmuşdur. Nə cür mümkündür ki, insan fərdləri yol göstərənsiz və rəhbərsiz qalsınlar, üstəlik onlardan məsuliyyət və öhdəçilik tələb olunsun?! Buna görə də ayənin demək istədiyi budur: “Biz bu elçiləri müjdə verən və qorxudan qərar vermişik ki, onlar camaatı Allahın rəhmət və mükafaytına ümidvar etsinlər və cəzasından da qorxutsunlar. Bununla da onlara höccət tamamlansın və bəhanələri olmasın”.
Müvəffəqiyyət Allahdandır!

Tarix : 2016-09-23Baxış sayı : 144