
Sonzuluqdan ötəri dovşan əti yeməyin hökmü nədir?
Cavab: Dovşan əti yemək məşhur nəzərə əsasən haramdır. İndiyə qədər belə bir dərmanın olması sübuta yetməmişdir. Hər eşidilən şey isə etibarlı hesab olunmur.
Əgər bir zaman xəstəliyin sağalması üçün dovşan ətinin yeyilməsi tək və yeganə yol sayılarsa, habelə bundan başqa bir çarə yolu olmazsa, o zaman zərurət miqdarında ondan yeməyin maneəsi olmaz. Bundan başqa surətdə isə haramdır.