background img
banner

Ölüləri ziyarət etmək və ruhlarına "Fatihə" oxumaq barədə

Increase text size Decrease text size

Rəvayətlərdə çoxlu sayda dualar nəql olunmuşdur. Bunlardan ən məşhuru Əmirəlmöminindən nəql olunan rəvayətdir. O həzrət buyurmuşdur: Nə zaman müsəlmanların qəbiristanlığına yetişsən, bu duanı oxuyun:

 

“Bismillahir-rəhmanir-rəhim. Əs-Səlamu əla la ilahə illəllah, min əhli la ilahə illəllah, ya əhlə la ilahə illəllah, bihəqqi la ilahə illəllah, kəyfə vəcədtum qəulə la ilahə illəllah, min la ilahə illəllah, ya la ilahə illəllah, bihəqqi la ilahə illəllah, iğfir limən qalə la ilahə illəllah, uhşurna fi zumrətin mən qalə la ilahə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun vəliyyullah”. (“Müstədrəkül-Vəsail”, c.2, s.369)

 

Məhəmməd ibn Müslimdən nəql olunmuşdur ki, İmam Sadiqə (ə) dedim ki, ölüləri ziyarət etməyə gedim? Buyurdu ki, bəli.

Dedim ki, məgər onlar bizim onların ziyarətinə getdiyimizi bilirlər ki? Buyurdu ki, bəli, Allaha and olsun, bilirlər. Şad olurlar, üns tuturlar.

Dedim ki, qəbir əhlinin ziyarətinə getdiyim zaman nə deyim? Bu duanı söylədi:

“Allahummə cafil-ardə ən cunubihim və sa`id iləykə ərvahəhum və ləqqihim minkə ridvanən, və əskin iləyhim min rəhmətikə ma təsılu bihi vəhdətəhum, və tunisu bihi vəhşətəhum, innəkə əla kulli şəy`in qədir”. (“Vəsailüş-Şiə”, c.3, s.29)

 

Ölülər üçün hər şeydən daha üstün və daha faydalı fəqirlərə sədəqə və ehsan etmək, onun savabını ölülərə hədiyyə etməkdir.

Allah Rəsulu buyurmuşdur: “Sədəqə qəbirlərin hərarətini aradan aparar”. (“Mizanul-Hikmət”)

 

Ölülər üçün ən üstün dua odur ki, insan onlar üçün Allahdan əfv və bağışlanma diləsin. İstəsin ki, Allah Öz rəhmətini, bəxşişini, nemətlərini onlara nazil etsin. Həmçinin “Səhideyi-Səccadiyyənin” 24-cü duasını ata və ana üçün gecə, yaxud gündüz oxuya bilər.

 

İmam Sadiqdən belə rəvayət olmuşdur ki, Bərzəx aləmində möminlərə çatan savab Qiyamət gününə qədər davam edəcəkdir. Həzrət buyurdu:

“Hər kim bir möminin qəbri yanında yeddi dəfə “Qədr” surəsini oxusa, Allah bir mələk göndərər ki, meyitin qəbrinin qarşısında Allaha ibadət edər. Allah da mələyin ibadətinin savabını meyit və “Qədr” surəsini oxuyan kəsə yazar. O vaxta qədər ki, Allah bu əməl vasitəsilə onu Cənnətə varid edər”.

Sonra həzrət buyurdu: “Həmd” surəsindən sonra yeddi dəfə “Qədr” surəsini və “Fələq”, “Nas”, “İxlas” və “Ayətəl-Kürsi”dən hər birini üç dəfə oxusun”. (“Kamilüz-Ziyarat”, s.222)

 

Səhabələrdən biri Allah Rəsulundan belə nəql etmişdir: “Ölüləriniz üçün hədiyyə göndərin”. Dedim ki, ölülərin hədiyyəsi nədir? Buyurdu: “Sədəqə və duadır”.

Əlavə olaraq buyurdu: “Möminlərin ruhu hər cümə dünya səmasına öz evlərinin qarşısına gələr və fəryad çəkərlər... Ey mənim ailəm, atam, övladlarım, yaxınlarım, bizə rəhm edin. Əlimizdə nələr var idisə, onların əzab və hesabı bizim üzərimizdədir. Faydası isə başqaları üçündür. Ey yaxınlarım, bir dirhəm, yaxud bir tikə çörək, yaxud bir köynəklə bizə kömək edin ki, Allah sizə Cənnət köyləkləri geyindirsin”. (Mühəddis Qumi, “Məfatihul-Cinan”, “Möminlərin qəbrini ziyarət etmək hissəsi”)

 

F.A.

 

Tarix : 2016-11-11Baxış sayı : 110