background img
banner

Cümə qüslü haqqında

Increase text size Decrease text size

1. Cümə qüslünün xüsusi bir zikri vardırmı, ki, həmin zikri deməsək, ortaya bir problem çıxsın?
2. Cümə qüslünün zamanı nə vaxtdır?

Cavab:
1. Cümə qüslünü alarkən dua oxumamağın bir problemi yoxdur. Müstəhəbdir ki, insan cümə qüslü alarkən desin: "Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rəsuluh. Allahummə salli əla Muhəmmədin və Ali Muhəmmədin, vəc-əlni minət-təvvabinə vəc-əlni minəl-mutətahhirin".

2. Cümə qüslünün vaxtı sübh azanından zöhr azanına qədər olan müddətdədir. Daha üstün odur ki, zöhrə yaxın alınsın. Əgər zöhrə qədər alınmazsa, daha üstün odur ki, əda (əda- bir şeyi vaxtında yerinə yetirməkdir) və qəza (qəza- bir şeyi vaxtı ötüb keçdikdən sonra yerinə yetirməkdir) niyyəti olmadan cümənin əsrinə qədər alınsın. Əgər cümə günü qüsl edə bilməsə, müstəhəbdir ki, şənbə gününün sübhündən qüruba qədər onun qəzasını yerinə yetirsin. Cümə günü su tapa bilməyəcəyindən qorxan adam cümə axşamı qüsl ala bilər. Bəlkdə də qüslü rəca qəsdi (ümid edərək) cümə gecəsi alsa da, səhihdir.

Tarix : 2016-11-11Baxış sayı : 1611