background img
banner

Həzrət Adəm ilə Həvva Cənnətdə neçə il qalmışdır?

Increase text size Decrease text size

Bu barədə mövcud olan fərqli rəvayət və xəbərlərə diqqət etdikdə bu haqda qəti surətdə bir fikir bildirmək mümkün deyil.

 

1. Allah Rəsulu (s) buyurmuşdur: Adəm ilə Həvvanın Cənnətdə qalma müddəti oradan çıxan zamana qədər dünya günlərindən yeddi saat olmuşdur ki, Allah elə həmin gün onları oradan endirmişdir”. (Şeyx Səduq, “Xisal”, c.2, s.397)

 

2. Abdullah ibn Sinan deyir: Əbu Abdullaha (ə) sual verdilər. Mən də orada idim. Soruşdular ki, xətaları onları Cənnətdən çıxarana qədər Adəm və zövcəsi orada nə qədər qaldı? (İmam) buyurdu ki, həqiqətən də, Allah-taala Cümə günü günəş qürub etdikdən sonra Adəm və zövcəsinə (Öz ruhundan) üfürdü. Sonra Adəmin ən aşağı qabırğasından Həvvanı yaratdı. Sonra Öz mələklərini ona səcdə etdirdi və elə həmin gün onu Öz cənnətində məskunlaşdırdı. Allaha and olsun ki, həmin gün orada təkcə altı saat qaldı”. (Məhəmməd ibn Məsud Əyyaşi, “Təfsirul-Əyyaşi”, c.2, s.10)

 

Qeyd edək ki, Həvvanın – Adəmin qabırğasından yaranması məsələsi barədə geniş müzakirələr getmiş və bu fikir bir çox alimlər tərəfindən qəbul edilməmişdir. Lakin bu o demək deyil ki, İmam yanlış söz söyləmişdir. Bu, hədis elminin mövzusudur və gələcəkdə bu mövzuya toxunacağıq. Niyyətimiz, sadəcə sualla əlaqədar cavab verməkdir.

 

Hazırladı: F.A.

 

Tarix : 2016-11-11Baxış sayı : 2141