background img
banner

Adəm və Həvvanın duası

Increase text size Decrease text size

Adəm və Həvvanın əhvalatı çoxlu rəmz və sirlərlərə malikdir. Allah onlara cənnətdə bir məskən verdi və onlara göstəriş verdi ki, filan meyvədən, yaxud dəndən yeməsinlər. Amma Şeytan onlara vəsvəsə etdi və onlar da yedilər. Nəticədə sıxıntıya düşdülər. Allah onlara dedi: "Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?"
Bu yerdə Adəm və Həvva tövbə etdilər.Əllərini duaya qaldırıb dedilər:

"Rabbənə̃ zaləmnə̃ ənfusənə̃ və in ləm təğfir lənə̃ və tərhəmnə̃ lənəkũnənnə minəl-xãsirἶn".

"Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq". ("Əraf" surəsi, 23-cü ayə)

Qeyd: Bu Quran dualarını tez-tez oxumağa, əzbərləməyə çalışın. Namazın qunutunda, adi hallarda dəfələrlə oxuyun. Həm təsiri böyükdür, həm mənalarını anlamağa çalışın, həm də tarixi səbəb və nəticələrilə maraqlanın.

F.A.

Tarix : 2016-11-11Baxış sayı : 1571