Həzrət Əli və Beytül-Mal
Zazan nəql edir: Mən Əlinin qulamı Qənbərlə birlikdə Əmirəlmöminin yanına daxil olduq. Qənbər dedi:
- Ey Möminlərin əmiri, mən sənin üçün bir şey saxlamışam.
Əli (ə) dedi: - Nədir o?
Qənbər dedi: “Bir neçə qızıl və gümüş qabdır. Gördüm ki, bütün qənimətləri böldün və onlardan sənin üçün heç nə qalmadı. Mən də bu qabları sənin üçün saxladım”.
Əli (ə) qılıncını çəkib Qənbərə dedi: “Vay olsun sənə! Evimə atəş gətirmək və evimi yandırmaq istəyirsən?”
Sonra həmin qabları tikə-tikə etdi və qəbilə nümayəndələrini çağırdı. Onları həmin nümayəndələrə verdi ki, ədalətli şəkildə camaat arasında bölüşdürsünlər”. (“Bihar”, c.41; s.135)