background img
banner

Yalanı yalnız Allahın ayələrinə inanmayanlar danışar

Increase text size Decrease text size

Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Əsl yalançılar onlardır. Nəhl - 105

Mömin yalan danışmaz: Bu ayə yalanın çirkinliyindən bəhs edən mühüm ayələrdəndir. Ayədə yalançılar kafirlər və Allahın ayələrini inkar edənlər səviyyəsinə endirilmişdir. Ayənin nəzər nöqtəsi Allah və Peyğəmbərə (s) iftira atmaq olsa da, yalanın çirkinliyinin də təsvri verilmişdir. Bu ayəyə əsasən yalan imanla tərs mütənasibdir. Çünki yalan münafiqlik əlaməti, münafiqlik isə imanın tam əksidir . Bir nəfər Peyğəmbərdən (s) “Mömin zina edərmi?” – deyə soruşduqda Peyğəmbər (s) “Mümkündür”, - deyə cavab verir. Həmin şəxs “Oğurluq edərmi?” – deyə soruşduqda Peyğəmbər (s) “Belə bir günaha aludə olub imanlı qalması mümkündür” – deyə cavab verir. Bu şəxs “Bəs mömin yalan danışarmı?” – deyə soruşduqda Peyğəmbər (s) buyurur: “Xeyr!” Sonra bu ayəni buyurur: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar
Məkarim Şirazi - Seçilmiş ayələrin şərhi

Tarix : 2016-09-23Baxış sayı : 98