background img
banner

Nə üçün cənabət qüslü alınır?

Increase text size Decrease text size

Nə üçün cənabətli olmaq qüsl almağa səbəb olur, ancaq sidiyə getdikdə, yaxud böyük bayıra çıxanda qüsl alınmır?

Həzrət İmam Rza (ə) ona ünvanlanan suallara cavab verərkən, bu məsələyə də toxunmuşdur. Həzrət buyurub ki, cənabət qüslünün səbəbi inanın öz nəfsini (özünü) ona bulaşmaqdan təmiz saxlaması və bədəni çirklilik və xəbasətindən pak etməkdir. Çünki cənabət bütün bədəndən xaric olur. Bu səbəbdən şəxsə vacibdir ki, bütün bədənini paklasın. Sidiyə getmək və böyük bayıra çıxmaq barədə hökmün yumşaq olmasına gəlincə, bu ikisi cənabətdən daha çox və daha davamlıdır. Ona görə də Şarei-Müqəddəs (Şəriəti bəlirləyən müqəddəs zat) çoxluq, məşəqqət və xaric olmalarının iradəsiz və şəhvətsiz olması səbəbilə dəstəmaza razı olmuşdur. Ancaq cənabət yalnız ləzzət duyma və özünü məcbur etmə ilə çölə çıxır. Bu üzdən o mövqedə qüslü vacib etmişdir.

Mənbə: Şeyx Səduq “İləlüş-Şəraye”

F.A.

Tarix : 2016-11-12Baxış sayı : 1718