background img
banner

Həzrət Əli (ə) və yetimlər

Increase text size Decrease text size

Bir gün həzrət Əli (ə) gördü ki, bir qadın su tuluğunu sinəsinə alıb yol gedir. Həzrət su tuluğunu ondan aldı və mənzil başına çatdırdı. Yol əsnasında onun vəziyyətini sorğu-sual etdi.

Qadın dedi: “Əli ibn Əbu Talib ərimi vəzifə dalınca göndərdi və o, qətlə yetirildi. İndi isə bir neçə yetim uşaq öhdəmdə qalmışdır və onları saxlamağa qüdrətim çatmır. Ehtiyac məni vadar edib ki, camaata xidmətçilik edim.

Əli (ə) geri döndü. Həmin gecəni narahatçılıqla keçirtdi. Sübh [zü ilə bir yemək zənbilini götürdü və həmin qadının evinə yollandı. Yol əsnasında Əlini (ə) görən kəslər xahiş edirdi ki, daşımaları üçün zənbili onlara versin.

Həzrət isə deyirdi: “Bəs Qiyamət günü mənim əməllərimi kim öhdəsinə alacaq?”

Həmin qadının evinə çatdı və qapını döydü. Qadın soruşdu ki, kimdir?

Həzrət cavab verdi ki, dünən sənə kömək edən və su tuluğunu evinə gətirən kəsdir. Uşaqların üçün evinə təam gətirmişdir. Qapını aç.

Qadın qapını açıb dedi: Allah səndən razı olsun. Mənimlə Əli ibn Əbu Talib (ə) arasında isə özü hökm etsin!

Həzrət içəri keçdi və qadına dedi: Çörək bişirirsən, yoxsa uşaqlara baxırsan?

Qadın dedi ki, mən çörək bişirməyi daha yaxşı bacarıram, sən uşaqlarıma bax. Qadın undan xəmir hazırladı. Əli (ə) özü ilə gətirdiyi bir miqdar ətdən kabab çəkir və xurma ilə birlikdə uşaqların ağızlarına qoydu. O, atalıq rəhməti və məhəbbəti ilə uşaqların ağzına loğma qoyur və hər dəfə deyirdi: “Balam, əgər sizin işinizdə bir nöqsan işlədibsə, Əliyə halal et!

Xəmir hazır oldu. Əli (ə) təndiri qaladı. Bu vəziyyətdə üzünü təndirin alovuna yaxınlaşdırıb dedi: Ey Əli! Atəşin tamını dad! Bu o kəsin cəzasıdır ki, yetimlərin və dul qalmış qadınların halından bixəbər qalmışdır.

Bu əsnada Əlini (ə) tanıyan bir qadın həmin mənzilə daxil oldu. Həzrəti görər-görməz, tələsik özünü ev sahibəsinin yanına çatdırdı. Ona dedi ki, vay sənə! Bu ki müsəlmanların rəhbəri və ölkə idarəçisi Əli ibn Əbu Talibdir (ə).

Qadın öz sözlərindən xəcalət çəkdi və tələsik özünü itirmiş halda dedi: Ey Möminlərin əmiri, sizdən xəcalət çəkirəm. Məni bağışlayın.

Həzrət buyurdu: Sən və uşaqlarının məsələsində səhlənkarlıq olduğuna görə mən sənin yanında xəcalətliyəm. (Bihar, c.41; s.52)

 

F.A.

 

Tarix : 2016-11-12Baxış sayı : 1667