Arif (Allahı tanıyan) insanın xüsusiyyəti
İmam Əli (ə) buyurub: "Arifin çöhrəsi şad, təbəssümlüdür. Qəlbi isə əndişəli və pərişandır". (Ğurərul-Hikəm)
Həmçinin buyurub: "Şövq arif olanların yoldaşıdır". (Ğurərul-Hikəm)
Həmçinin buyurub: "Xovf (qorxu və çəkingənlik) ariflərin köynəyidir". (Ğurərul-Hikəm)
Həmçinin buyurub: "Allahdan uzaq düşmək qorxusundan ağlamaq ariflərin ibadətidir". (Ğurərul-Hikəm)
İmam Sadiq (ə) buyurmuşdur: "Allaha etimad et (və Ona bel bağla) ki, arif (Allahı tanıyan) olasan". (Tuhəful-Uqul)
Tərcümə: F.A.