Su dörd şərtlə nəcis olmuş şeyi pak edir:
Su dörd şərtlə nəcis olmuş şeyi pak edir:
1. Su mütləq olmalıdır. Gülab və qarpıq suyu kimi müzaf (qarışıq) su ilə nəcis şey pak olmur.
2. Su pak olmalıdır.
3. Nəcis olmuş şey yuyulan zaman su müzaf olmamalıdır. Nəcisin rəngini, iyini və dadını özünə almamalıdır.
Şeyx Vəhid Xorasani, Seyid Zəncani, Seyid Xoi, Şeyx Təbrizi, Seyid Sistani qeyd edib ki, ikinci dəfə yuyulması lazım olmayan yuyulmada su nəcis şeyin iy, rəng və dadını özünə çəkməməlidir. Bundan başqa durumda, yuyulan zaman suyun dəyişməsinin maneəsi yoxdur. Məsələn, bir şeyi çox (kürr), yaxud az (qəlil) su ilə yuduqda onu iki dəfə yumaq lazımdırsa, birinci dəfə yuyulduğu zaman su dəyişərsə, ikinci dəfə dəyişilməmiş su ilə yuyulsa, pak olar.
4. Nəcis şeyi suya çəkdikdən sonra nəcasətin eyni (əsli) onda qalmamalıdır. Az su ilə nəcis şeyin pak olmasının isə bir sıra şərtləri vardır ki, daha sonra qeyd ediləcəkdir.