Zinət itləri saxlamaq və it əşyaları satmağın hökmü nədir?
Sual:
1. Ev və ya zinət itlərini saxlamağı şəriətə müvafiq hökmü nədir?
2. İt əlbisələri və onunla əlaqədar şeyləri satmağın nə hökmü var?
Cavab:
Seyid Xamenei qeyd edir:
1. Sürü, ov və qoruqçu itdən başqa bir it saxlamaq məzəmmət olunmuşdur. Əgər bu iş qeyri-müsəlmanlara bənzəmiş olsa, onların mədəniyyətinin yayılmasına səbəb olsa, qonuşlara əziyyət versə, haramdır.
2. Ümumi şəkildə, əgər bu cür işlər batil hesab olunan əməlin yayılmasına bais olursa, caiz deyil.
Şeyx Məkarim qeyd edir:
1. İt saxlamaq - əgər şəriətə və ağıla uyğun şəkildə istifadə etmək niyyətilə, məsələn mühafizə etməsi üçün, olsa, heç bir işkalı yoxdur. Ancaq zinət itlərini saxlamaq, alğı-satqısı və onun kimi şeylər caiz deyil.
2. Bu vasitələrin faydası təkcə ev və zinət itlərilə məhdudlaşsa, onun alğı-satqısının işkalı vardır.
Seyid Sistani qeyd edir:
1. İt alğı-satqısı caiz deyil. Bircə ov iti istisnadır. Ancaq onu saxlamağın işkalı yoxdur. Nəcis olsa belə. İt saxlanılan evdə namaz qılmaq məkruh hesab olunmuşdur.
2. Öz-özlüyündə işkalı yoxdur.
F.A.