Allah və Onun Rəsuluna iman gətirməyin zəruriliyi
“Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür”. (Nisa, 136)
Ayənin nazil olma səbəbi və nöqtələr:
İbn Abbas nəql etmişdir ki, bu ayə Abdullah ibn Səlam, Əsəd ibn Kəb və qardaşı Üseyd ibn Kəb kimi Əhli-Kitabın böyüklərindən olan bir dəstə və başqaları barədə nazil olmuşdur. Çünki onlar başlanğıcda Peyğəmbərin (s) yanına gələrək demişdilər: Biz sənə, sənin səmavi kitabına, Musaya, Tövrata və Üzeyirə iman gətirmişik. Ancaq sair səmavi kitablara, həçmçinin sair peyğəmbərlərə imanımız yoxdur. Bu ayə nazil oldu və onlara təlim verdi ki, hamısına imanınız olmalıdır.
Ayədən məqsəd ya budur ki, ey iman gətirənlə, daha çox addım atın və daha yüksək dərəcələrə əliniz çatsın. Ya da budur ki, imanınızda həmişə möhkəm qalım və az da olsa, ondan keçməyin. İmanın dərəcələri vardır.
Bildirişlər:
1 Möminlər – özlərini imanın daha uca mərtəbəsinə çatdırmaları üçün səy etməlidirlər.
2. Səmavi dinlərin vahid hədəfi və həqiqəti vardır. Necə ki, bir məktəbin siniflərinin hamısı bir müdirin nəzarəti altındadır.
3. Bütün peyğəmbərlərə və səmavi kitablara iman gətirmək lazımdır.
Mənbələr: Nur təfsiri, c.2, s.185; Quran ayələrinin nazil olma səbəbləri, s.170.
F.A.