Plastırla dəstəmaz almaq olarmı?
Sual: Əgər barmağımız bıçaqla kəsilsə və onun üzərinə plastır vurmuş olsaq, həmin plastırla dəstəmaz alsaq, düzdür? (Əgər plastırı çıxarsaq və yaranı suyun altında yusaq, yenidən qanayacaqdır)
Cavab: Su zərər yetirmədiyi halda, plastırı çıxarmaq lazımdır. Yox əgər zərəri olsa və yaranın üzərini örtmüş olsa, yumaq mümkün olan yerləri yumaq lazımdır. Sarğının (cəbirənin) üzərinə isə yumaq əvəzinə yaş əllə çəkilməlidir.