background img
banner

"İstidrac ayələri" nə deməkdir?

Increase text size Decrease text size

Günahkarların tədricən əzaba düçar olacaqlarını bəyan edən ayələrə “istidrac ayələri” deyilir.

 

“İstidrac” lüğətdə “yaxın olmaq, yaxın etmək” mənasındadır.

Termin baxımından isə, bir fərdin dərəcələrini bədbəxtliyinin son hədinə çatana və həlakət uçurumuna düşənə qədər tədricən aşağı salmaq mənasındadır. Nə zaman Allah-taala bir nəfərlə bu cür etmək istəsə, ard-arda ona nemət verər. Şəxs də o nemətin miqdarına başı qarışar və öz səadətindən qafil olar. Onun şükründə nöqsan işlədər. Yavaş-yavaş nemət sahibi Allahı unudar. Allah da nemət bəxş etdikdən sonra ona möhlət verər. Axırda isə növbə cəzaya çatar. Bu üzdən “istidrac” “imhal” (möhlət vermək) ifadəsilə yanaşı olur.

 

“İstidrac” ifadəsi Quranda iki ayədə feil surətində işlədilmişdir. Həmin ayələrə “İstidrac” ayələri deyilir.

 

1. “Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb (məhvə) aparacağıq”. (“Əraf”, 182)

2. “Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları (tovlayıb) bilmədikləri bir yöndən tədricən (əzaba) sürükləyirik”. (“Qələm”, 44)

 

Ancaq “Ət-Təmhid fi Ulumil-Quran” kitabının sahibi Əllamə Mərifət Qurandan 24 ayə çıxarış etmişdir ki, təsrih (təsrih o şeydir ki, orada ixtilaf ehtimalı yoxdur), təlvic (təlvic o şeydir ki, bir sıra vasitə ilə lazım-məlzum arasında kinayədir) və işarə ilə “istidrac”a dəlalət edir.

 

F.A,

 

Tarix : 2016-11-13Baxış sayı : 1991