background img
banner

Yaradan Rəbbinin adı ilə oxu!

Increase text size Decrease text size

Yaradan Rəbbinin adı ilə oxu!

Ayənin əvvəlində Peyğəmbərə (s) xitab edilərək buyurulur: “İqra bismi rabbikəl-ləzi xaləq” Yəni (Cahanı) yaradan Rəbbinin adı ilə oxu.

 

Bəziləri qeyd edib ki, yuxarıdakı cümlədə “məf`ul” (tamamlıq) buraxılmışdır. Yəni əslində belədir: Rəbbinin adı ilə Quranı oxu. (İqra əl-Qur`anə bismi Rabbik). Bu cəhətdən bəziləri bu ayəni dəlil tutaraq “Bismillah”ın Quranın surələrinin tərkib hissəsi olduğunu qeyd ediblər. Bəziləri “bə” ədatını artıq hesab etmiş və demişlər ki, məqsəd budur: Rəbbinin adını oxu. Ancaq bu təfsirin uzaq olduğu nəzərə çarpır. Çünki o zaman Rəbbinin adını xatırla (zikr et) deyilməsi daha münasib olardı.

 

Diqqət etmək lazımdır ki, burada hər şeydən öncə Allahın rəbbliyi məsələsinə söykənilmişdir. Bilirik ki, “Rəbb” “Malik Muslih” mənasındadır. Yəni o kəs ki, hər bir şeyin sahibidir və həm də onun islah və tərbiyəsini qarşılayır.

 

Sonra Rəbbin “rübubiyyətini” isbat etmək üçün xilqət və yaradılış məsələsinə toxunulur. Belə ki, varlığın yaradılışı Allahın Rəbb və Xaliq (yaradan) olmasına ən üstün dəlildir. Aləmə tədbir çəkən kəs elə onun yaradanıdır.

 

Bu, həqiqətdə ərəb müşriklərinə verilən bir cavab idi. Belə ki, onlar Allahın yaradan olduğunu qəbul etmişdilər. Ancaq Onun rübubiyyət və tədbir çəkməsinə inanmırdılar. Əlavə olaraq, Allahın Rəbb olması, onun varlıq aləminin nizamına tədbir çəkməsi Allahın müqəddəs zatının isbatı üçün dəlil sayılır.

 

PS: Qeyd edim ki, "buraxılmışdır", "artıqdır" kimi ifadələr ola bilər ki, kimsənin zehnini qarışdırsın. Bunlar qrammatik ifadələrdir ki, bizim dildə ifadəsi bir az çətindir. Yəni bu o demək deyil ki, Qurana müdaxilə edilmişdir. Yəni nəzərdə tutulan qrammatik şərhdir.

 

F.A.

“Nümunə” təfsirindən istifadə edilib

 

Tarix : 2016-11-13Baxış sayı : 2261