Allahdan başqa kimsədən çəkinmə!
Ustadlardan biri deyirdi:
Bir adam peyğəmbər olsa belə, camaatın dilindən asudə deyil. Çünki:
- Əgər çox iş görsə, deyəcəklər ki, axmaqdır;
- Əgər az iş görsə, deyəcəklər ki, tənbəldir;
- Əgər bəxşiş etsə, deyəcəklər ki, ifrata varır;
- Yığıcı olsa, deyəcəklər ki, paxıldır;
- Sakit və susqun olsa, deyəcəklər ki, laldır;
- Bəlağətli olsa, deyəcəklər ki, çoxdanışandır, boşboğazdır;
- Oruc tutan, gecələri ibadət edən olsa, deyəcəklər ki, raiyakardır;
- Əgər etməsə, deyəcəklər ki, kafirdir, dinsizdir.
Ona görə də camaatın tərif və mədhinə arxalanmaq lazım deyil.
Allahdan başqa heç kəsdən qorxub çəkinmək də lazım deyil.
Ona görə də özünü tapdığınız, sevdiyiniz kimi olun. Şad olun. Şad və məmnun olmağınızın camaat tərəfindən necə qəzavət olunacağına əhəmiyyət verməyin. Əsas olan Allahın razılığıdır.