Camaat namazı kimlərə vacibdir?
Bir neçə dəstəyə namazı camaatla qılmaları vacibdir:
- Namazda vəsvəsəsi olan və ancaq namazı camaatla qıldığı halda vəsvəsədən qurtula bilən kəs namazı camaatla qılmalıdır.
- Ata və anası övladına namazı camaatla qılmasını tapşırsalar, ata-anaya itaət etmək vacib olduğu üçün, vacib ehtiyata əsasən namazı camaatla qılmalıdır.
- “Fatihə” və surəni, habelə namazın sair şeyləyini yaxşı bilməyən, əzbərləməkdə çətinlik çəkən kəs, namazın vaxtı geniş olduğu təqdirdə əzbərləməlidir, yox əgər vaxt az olarsa, vacib ehtiyata əsasən, mümkün olduğu halda namazını camaatla qılmalıdır.
- Nəzir vasitəsilə özünü – namazını camaatla qılacağına dair vəzifələndirən kəs.
Hazırladı: F.A,