background img
banner

Kafirlərin vilayətini qəbul etmək imanla uyğun gəlmir.

Increase text size Decrease text size

“Ey iman gətirənlər! Möminləri qoyub kafirləri (özünüzə) dost tutmayın (yəni onların əmri altına keçməyin). Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?” (“Nisa”, 144)

Nöqtələr:

Möminlərin kafirlərlə rabitə yaratmaq haqları yoxdur. Yalnız münafiqlərin kafirlərlə sıx əlaqəsi ola bilər. Quran kafirləri münafiqlərin qardaşı kimi xarakterizə etmişdir.

Bildirişlər:

  1. Kafirlərin vilayətini qəbul etmək imanla bir yerə sığmaz. Bir qəlbdə iki sevgi ola bilməz.
  2. Təvəlla və təbərra (yəni Allah dostları ilə dost olub, düşmənlərindən uzaq durmaq) möminlərlə dostluq, kafirlərdən uzaq durmaqdır və bu, imanın üçün gərəkən şərtdir.
  3. Xarici siyasətdə siyasi və iqtisadi əlaqələr, seçki, çıxartmaq, təyin etmək kimi məsələlər kafirlərin müsəlmanlar üzərində iqtidarına gətirib çıxaracaqsa, harama hökm olunmuşdur.

 

F.A.

Nur təfsirindən istifadə olunmuşdur.

Tarix : 2016-11-14Baxış sayı : 1934