background img
banner

Allah təkəbbürlüdürmü?

Increase text size Decrease text size

“Həşr” surəsində Allah Özünü “Mütəkəbbir” sifətilə xarakterizə edir. Allah, həqiqətən mütəkəbbirdir? Allahın təkəbbürünün mənası nədir?

 “Kibr” əxlaq alimlərinin nəzərində bundan ibarətdir: Bir insanın özünü başqa birindən daha yüksək görməsidir və buna inansın ki, digərlərindən üstündür. Bu xüsusiyyət insanda olan ən böyük rəzilət sifətlərindən biridir.  (Məhəmməd Mehdi Nəraqi, “Cameus-Səadat”, c.1, s.328)

 “Mütəkəbbir” “təkəbbür” maddəsindəndir. İki məna daşıyır: Bir məna mədh edilib və bəyəniləndir ki, Allah barəsində işlədilmişdir. O da böyüklük və çoxlu bəyənilən xüsusiyyətlərə malik olmaqdır. O birisi isə pislənmiş və məzəmmət olunmuşdur ki, Allahdan başqaları üçün işlədilir. Bu da o durumdur ki, insan özünü başqalarından daha uca və üstün görsün. Ona inanmış olsun ki, özgələrindən üstündür. Malik olmadığı xüsusiyyəti özünə nisbət versin. Birincisi bəyəniləndir. İkincisi isə ümumi camaatın xüsusiyyəti barədədir. (Hüseyn ibn Məhəmməd Rağib İsfahani, “Əl-Müfrədat fi ğəribil-Quran”, c.1, s.696-698. “Kibr” sözü)

 Təkəbbür Allahın atributlarından biridir. Çünki əzəmət və böyüklük Allahın Zatına aiddir. Hər hansısa bir bəndə təkəbbür etsə, Allahın atributlarından biri barədə Onunla qarşı-qarşıya durmuş, çəkişmiş olur. Buna görə də, əzəmət və böyüklük yalnız Allahın məqamı üçün layiqdir. Bu söz təkcə Allah barədə mədh olunan məna kimi işlədilir. Hər nə vaxt Allahdan başqa yerdə işlədilsə, mənası məzəmmət olunmuşdur. (Bax: Nümunə təfsiri, Məkarim Şirazi, c.23, s.554)

 İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: 
قَالَ أَبُو عَبْدِ اللَّهِ ع لِمَنْ عِنْدَهُ الْکِبْرِیَاءُ رِدَاءُ اللَّهِ فَمَنْ نَازَعَهُ شَیْئاً مِنْ ذَلِکَ کبه [أَکَبَّهُ‏] اللَّهُ فِی النَّارِ
“Böyüklük Allahın ridasıdır. Hər kim bu ridadan bir şey üstündə onunla çəkişməyə qalxsa, Allah onu atəşin içinə (Cəhənnəmdə) salar”. (Əllamə Məclisi, “Biharul-Ənvar”, c.83, s.369)

 Qurani-Kərim təfsirçiləri ümumi şəkildə Allah barədə təkəbbür xüsusiyyətini əzəmət və böyüklük mənasında təfsir etmişlər. Çünki böyüklük, əzəmət, cəlal yalnız zatı aradan getməyən Allaha məxsusdur və kimsənin Allah qarşısında böyüklük, məniyyət göstərə bilməsindən daha böyük və daha ucadır.

 Allah ona görə “Mütəkəbbir”dir ki, böyüklüyün, əzəmətin nəhayətindədir. Allahın müqabilində təzahür olan hər bir şey zillət və xarlıq nümayiş etdirmiş olur. 

 Nəticə budur ki, Allahın Mütəkəbbir olması əzəmət və böyüklük mənasındadır: Allah Mütəkəbbirdir. Yəni dərəcəsi yüksəkdir. Amma insan barəsində “filankəs təkəbbürlüdür” deyildikdə, o mənadadır ki, özünü başqalarından daha uca və yüksək tutur. Bu isə şeytani xüsusiyyətlərdən və əxlaqi rəzilliklərdəndir. Necə ki, dini təlimlərdə buyurulmuşdur. Mömin insan gərək möminlərin və həmnövlərinin qarşısında təkəbbürlü deyil, təvazökar olsun.

 Hazırladı: F.A.
 İnternet resurslarından istifadə olunub.
 

Tarix : 2016-11-14Baxış sayı : 218