background img
banner

"Məunə" nə deməkdir?

Increase text size Decrease text size

Xüms məsələsində tez-tez qeyd olunan “Məunə” ifadəsi nə deməkdir?

“Məunə” bir sıra xərclərə deyilir ki, yaşayışda sərf olunur və aşağıdakılara şamildir:

1. Şəxsi yaşayışın xərcləri: Məsələn, yemək, geyim, yaşayış məskəni,yaşayış üçün vasitələr, nəqliyyat vasitələri, təhsil vasitələri, kompüter, evlilik məsrəfləri və s.

2. Hədiyyələr, bəxşişlər: Məsələn, xeyriyyə işləri, sədəqələr, mükafatlar və s.

3. Həcc səfərinin xərcləri (vacib olsun, ya da müstəhəb), ziyarət, səyahət və əyləncə xərcləri və s.

4. Şəxsin üzərinə düşən hüquq. Məsələn, diyə, kəffarə və kompensassiya.

 

İzah: Fərdlərin ehtiyac və işlərindən artıq məsrəf “məunə” hesab olunmur. Buna görə də əgər deyiləndən daha artıq xərcləsə, belə ki, camaatın nəzərində onun etdiyi israf sayılsa, gərək ilin başında onların xümsünü çıxartsın.

F.A.

 

Tarix : 2016-11-25Baxış sayı : 1896