background img
banner

Bir-birinə zərər və fayda verə biməməyin mənası nədir?

Increase text size Decrease text size

Quran insanların bir-birlərinə zərər və fayda verə bilmədiyini deyərkən nə nəzərdə tutur? Bunun mənası nədir və mövcud durumla bir uyğunluğu varmı?
Quran – kimsə insana fayda, yaxud zərər yetirmək qüdrətində deyil, söyləyirsə, burada “zərər” nə deməkdir?
Quran möminlərə zərər yetirmək barədə buyurur ki, azğın və sapqınlar doğru yol tapmış möminlərə zərər vurmaqda acızdirlər: “Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan )azmışlar sizə zərər yetirə bilməzlər”. (Maidə, 105)
Həmçinin buyurur ki, insanların zərər və ziyanı Allahın məşiyyət və istəyinin nəzarət dairəsindədir:
“De: “Mən, Allahın istədiyindən başqa özüm üçün nə bir fayda, nə də bir zərərə malik deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm”. (Əraf, 188)
“De: “Mən Allahın istədiyindən başqa, özüm üçün nə bir zərər, nə də bir xeyirə malik deyiləm!” (Yunis, 49)
Zərər lüğətdə bir şeyə üz verən nöqsan mənasındadır. Məsələn, mal zərər görərkən bu ifadə işlədilir. Quranda zərər deyərkən hər cür zərərə şamil olur. Məsələn, ideoloji baxımdan zərər, yaxud xeyir yolunda, bədənə, mala, övlada və s. şeylərə zərər yetirmək nəzərdə tutulur.
İndi isə bir neçə məsələyə toxunaq:
Qeyd olunan ayələr həqiqətdə davranışların tövhidinə işarə edir; yəni bu aləmdə hər şey Allaha sarı qayıdır. Hər bir iş Onun tərəfindəndir. Odur möminləri Öz hikmətilə qələbəyə çatdıran. Odur Öz ədalətilə azğınları cəzalandıran.
Açıq-aydındır ki, Allah bizə qüvvət və qüdrət vermişdir ki, bunun vasitəsilə mənfəət və ziyanımızdan nəyəsə malik olaq habelə öz müqəddəratımızı həll etməyi bacaraq; bunun onlarla bir ziddiyyəti yoxdur. Başqa bir ifadə ilə desək, bu ayə zati malikiyyəti rədd edir. Ayədə qeyd edilən “yalnız Allahın istədiyi” ifadəsi bunu aydın göstərir.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-09-23Baxış sayı : 101