background img
banner

“Mən onu sabah edəcəyəm!”– demə!

Increase text size Decrease text size

"Kəhf" surəsi, 23-24-cü ayələr:

Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə!
Ancaq: “Əgər Allah istəsə!” (“inşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de.

TƏFSİR:

"İnşaəllah” (Əgər Allah istəsə”) təbiri Allahın qüdrət və iradəsinə etiqadı göstərir. Övliyalar Allaha bu sözlə tapınır. Quranda və peyğəmbərlərin dilində bu sözlə rastlaşmaq olar. Həzrət Yəqub öz övladına deyir: "Misirə daxil olun, inşaəllah, amandasınız. ("Qəsəs”, 27; "Saffat”, 102. )
Musa Xızra belə müraciət edir: "Əgər Allah istəsə, bizi dözümlü görəcəksən.” ("Təfsire-Nurus-səqəleyn”)
Həzrət Şüeybin Musaya, İsmailin atası İbrahimə müraciətində də oxşar təbirlə rastlaşırıq. ("Təfsire-kəşful-əsrar”)
Əlbəttə ki, bu qəbildən olan sözləri təkcə dildə demək kifayət etmir, insan öz dediklərinə qəlbən inanmalı və həyatın bütün yönümlərində uyğun baxışa malik olmalıdır.

İmam Sadiq (ə) buyurur: "Öz yazılarınızda da "İnşaəllah” sözünü unutmayın.” Bir gün imam göstəriş verir ki, məktub yazsınlar. Məktubun "İnşaəllah”-sız yazıldığını görüb buyurur: "Necə ümid edirsiniz ki, bu iş yoluna düşər?”("Təfsire-Məcməül-bəyan")
İslam Peyğəmbəri (s) qəbiristana daxil olarkən buyururdu: "Əgər Allah istəsə (İnşaəllah) biz də sizə qatılacağıq. Ölüm qaçılmazdır.”("Təfsire-nümunə”)
İnsan azad və ixtiyar sahibi olmasına baxmayaraq, Allahın istəyi olmadan bir iş görə bilməz. Yəni o nə məcburdur, nə də tam ixtiyar sahibi. Onun azadlığı Allahın iradəsi ilə şərtlənir.

1. Danışarkən və ya qərara gələrkən Allahı unutmayın.
2. Heç vaxt özünüzü Allahdan ehtiyacsız və müstəqil saymayın. Ən kiçik işlərlə bağlı belə qəti söz deməyək.
3. Öz imkan və gücümüzlə kifayətlənməyək. Bir iş üçün müqəddimənin hazır olması onun başa çatması üçün bəs etmir. Əmin olduğumuz işlərlə bağlı belə "inşaəllah” deyək.
4. İnsan daim Allaha ehtiyaclıdır. O bütün işlərdə özünü ilahi iradədən asılı bilməlidir.
5. Əldən çıxarılmışları geri qaytarmaq lazımdır.
6. Peyğəmbərlərin də ilahi təlim və hidayətə ehtiyacı var.
7. İlahi yardımlara ümidvarlığın izharı dua qaydalarındandır.
8. Hidayətin mərhələləri var, bütün mərhələlər Allahın əlindədir.
9. Həqiqətə aparan ən orta və ən yaxın yol tapılmalıdır.
10. Peyğəmbərlərin arzusu ən böyük yüksəlişə çatmaqdır.
11. Peyğəmbərlər üçün də üstün mərhələlərə yüksəliş lazımdır.
12. Təkamülə çatmaq üçün ən qısa yol Allahın ardıcıl zikridir.

|Nur-Təfsiri|

Tarix : 2016-09-23Baxış sayı : 91