background img
banner

İslamı qəbul etməyən kəslər cahiliyyət dönəmində də pis, qəbul edən hər kəs isə cahiliyyət dönəmində yaxşı insan olmuşdur?

Increase text size Decrease text size

Bu mətləb düzgündürmü ki, İslamı qəbul etməyən kəslər cahiliyyət dönəmində də pis, qəbul edən hər kəs isə cahiliyyət dönəmində yaxşı insan olmuşdur?

Bu, ümumi bir əsas ünvanında Qurani-Kərimdə bildirilmişdir ki, insanda müsbət qabiliyyət və münasib zəminə olmalıdır ki, hidayət ola bilsin. Məsələn, “Maidə” surəsinin 16-cı ayəsində deyilir: “Allah, Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir”.

Yaxud “Əhqaf” surəsinin 10-cu ayəsində deyilir: “Allah zalımları doğru yola yönəltməz!” Bu ayədən məlum olur ki, zülm bəsirət və hidayətə maneə yaradır, həmçinin ilahi lütflərdən məhrum olmağa səbəb olur.

İmam Sadiqdən hər iki dövrdə olmuş fərdlərin rəftarının təhlili barədə rəvayət olunmuşdur ki, insanlar mədənlərdir, eynən qızıl və gümüş mədənləri kimidirlər. Cahiliyyət dönəmində bünövrəsi olanın İslamda da bünövrəsi vardır. (Əl-Kafi, c.8, s.177)

Əlbəttə, Allah-taala bəndələrin bütün əməllərindən, işlərindən, hətta niyyətlərindən də agahdır. Amma bu elm onların haqq və batilin qəbulunda bir rol oynamır. Buna görə də bu dünyada həyat sürmək azadlıq məktəbində yaşamaqdır. Hər kəsin xoşbəxtlik və bədbəxtliyi öz əlindədir. Odur ki hərəkət etmək, Allahdan hidayət və müvəffəqiyyət diləmək lazımdır. Bu səbəbdən, bəzi rəvayətlərdən məlum olur ki, bu o demək deyil ki, cahiliyyət dönəmində pis işlər görmüş kəslərin hamısı müsəlman olduqdan sonra ancaq yaxşı işlər görmüşlər. Məsələn, Peyğəmbərdən nəql olunan bir rəvayətdən belə nəticə çxıarmaq olur ki, üstün müsəlmanlar arasında elə kəslər olmuşdur ki, onlar müsəlman olmamışdan öncə həqiqət qarşısında müqavimət göstərir və camaatın ən xoşagəlməz kəsləri idi.

Əlbəttə, demək olmaz ki, sonralar müsəlmanların yaxşı kəslərindən olmuş pisəməlli fərdlər özlərində müsbət bir zəminəyə malik olmayıblar. Bəlkə də pis davranışlarına rəğmən, onların həqiqəti qəbul etməyə meylləri olmuşdur. Ona görə də bu meyl onları bir gün həqiqətə sarı çəkmişdir.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-09-23Baxış sayı : 156