background img
banner

Bəzi qısa məsləhətlər

Increase text size Decrease text size

1. Şəxsi inkişafın üçün pullarına simiclik etmə.
2. Xoşuna gəlir - dilinə gətir.
3. Bu gün üçün yaşa, çünki dünən daha yoxdur, sabah isə, ola bilsin ki, olmasın.
4. Qaranlıq qalıbsa - soruş.
5. Nəyisə istəyirsənsə - rica et.
6. Heç vaxt mübahisə etmə.
7. Aydın şəkildə anlaşılmaq istəyirsənsə - aydın izah et.
8. Günahkarsansa - etdiyini boynuna al, daha min bir bəhanə axtarma.
9. Bunu anlamağa çalış: Hər kəsin özünə görə həqiqəti var və bu həqiqət səninkilə üst-üstə düşməyə də bilər.
10. Əbləhlərlə ünsiyyət qurma.
11. Bu həyatda əsas şey - sevgidir, yerdə qalanı boş şeydir.
12. İnsanın problemi yalnız onun başında yerləşir.
13. Səni əhatə edən ətraf mühit nə xeyirxahdır, nə də bədxah. Ümumiyyətlə sənin olub-olmamağın onun vecinə də deyil.
14. Hər bir hadisədən nəticə çıxarmağa çalış.
15. Yadında saxla, insana həyat bir dəfə verilir.
16. Zəhlətökən olma.
17. Televizorun, koppüterin, telefonun qabağında bitmə, yoxsa əldən çox şey verərsən.
18. Unutma, kiminsə sənə borcu yoxdur.
19. Məkrli siysət yürütmə, bu cür şeylər camaatı qeyzləndirir.
20. Bu həyatda yalnız özünə cavabdeh ol.
21. Verilən sözlərdən arxayın olma, əmələ bax.
22. Qadınlarla da, uşaqlarla da yumşaq davran, dözümlü ol.
23. Unutma ki, yalnız inkişafın barədə düşünməlisən. Özünlə qəbirə maddi cəhətdən qazandıqlarını apara bilməyəcəksən.
24. Unutma, bu günkü günün həyatın boyu ən gözəl günündür. Sabah bu fürsət əlinə düşməyə də bilər.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-09-23Baxış sayı : 117