background img
banner

Nə üçün Allah bir daha peyğəmbər göndərmir?

Increase text size Decrease text size

Bәzәn bizi bu iki sual düşündürür: 1. Nә üçün 21-ci әsrdә Allah bәşәriyyәtә peyğәmbәr göndәrmir? 2. Nә üçün Allah insanlara möcüzә göstәrmir ki, hamı kütlәvi şәkildә Ona üz tutsunlar?
1. Birinci sualı açıqlamaq üçün geniş sübutlara ehtiyac var. Bu suala cavab vermәk üçün biz peyğәmbәrliyә ehtiyac duyulan zamanı araşdırmalıyıq. Nәticә etibarı ilә onu demәk lazımdır ki, 21-ci әsr peyğәmbәr әsri deyil. Yәni insanların şüuru o sәviyyәdәdir ki, onlar peyğәmbәrә ehtiyaclı deyillәr, hәm dә әsas nәss hesab edilәn Quran orijinallıq baxımından tәhrif olmayıb, sonuncu peyğәmbәr elçilik dönәminin bitdiyini elan etmişdir. Bizim imama ehtiyacımlz var. İmamın vәzifәsi diriltmәkdir, fitrәti oyatmaqdır, unudulanı xatırlatmaq vә hidayәtedici mayak rolunu oynamaqdır. Bu haqda geniş danışmaq olar.
2. Sübut edilmişdir ki, möcüzә nәyinsә nәticәsidir. Çox zaman olub ki, möcüzә daha sonra elmi әsasa söykәnib. Lakin hamısı belә deyil. Peyğәmbәr möcüzә göstәrmәk iqtidarında deyil. Yәni Allah ona bu sәlahiyyәt vә qüdrәti vermәsә o, bunu bacarmaz. Yaxşı, bәs nә üçün indi möcüzә göstәrilmir? Bunun üçün dә biz möcüzә göstәrmiş peyğәmbәrlәrin şәraitlәrini aydınlaşdırmalıyıq.
a) Musa peyğәmbәrin zamanında sehrbazlıq, magiya vә s şeylәr geniş yayılmışdı. Musa (ә) zamanın tәfәkkür tәrzinә әsasәn Firon vә tәrәfdarlarına qalib gәldi.
b) İsa peyğәmbәrin zamanında tibb sahәsi dominantlıq tәşkil edәn sahә idi. Hz. İsanın möcüzәlәri dә dövrünün tәfәkkürünә әsaslanır. Ölü diriltmәk, korun gözünü açmaq, xәstәlәri sağaltmaq vә s.
c) Hәzrәt Muhәmmәdin zamanı tәfәkkürün nisbәtәn daha çox inkişaf etmiş zamanı idi. Burada nә әsanın әjdahaya çevrilmәsi, nә dә korun gözünün açılması maraqlı idi. Hakim qüvvә SÖZ idi. Sözü daha qüvvәtli, әsaslı, nöqsansız, fәsahәtli vә s şәxs daha nüfuzlu şәxs sayılırdı. Odur ki, Hz. Muhәmmәdin iki әsas möcüzәsindәn biri Quran idi.
O zamandan indiyә qәdәr düşüncә tәrzi şәraitә uyğun dәyişsә dә, qәbuletmә dәrәcәsi dәyişmәyib. Yenә dә hakim dairә söz sahibi olanlardır. Mәhz söz vә fikir sayәsindә insanlar yolunu azır vә hidayәt tapırlar. Siz indiki zamanda kimisә ay parçalamaqla mütәәssir etmәyi düşünürsüz? Bu qәdәr fotoşop, videoeffekt içindә bunlara maraq yoxdur. Zatәn elә "möcüzәlәr"i Hollivud filmlәri bizә göstәrir. Amma gәnclәrin dә, yaşlıların da sürәtlә istiqamәt alacaqları yer dәlil vә bürhanı güclü olan sözdür.
Amma möcüzәni tәkcә sözlә inhisarlaşdırmaq olmaz. Şәrait vә zamanına görә möcüzә baş verir. Sadәcә olaraq hәqiqi möcüzәçini tapmaq üçün ağıl vә kәlama üz tutmalıyıq. Әql vә nәql, insanı arxasınca apara bilәcәk әn gözәl möcüzәdir.
Fәrid Abdullah.

Tarix : 2016-09-23Baxış sayı : 113