background img
banner

Hissləri necə cilovlamaq olar?

Increase text size Decrease text size

Sual: Xahiş edirəm məni mühakimə etməyin, sadəcə kömək edin. Yarım il bundan əvvəl internetdə bir oğlanla tanış olmuşdum, daha sonra onunla görüşmüşəm də. Hamıda olduğu kimi, biz də bir-birimizi sevdik. Hal-hazırda da münasibətimiz vardır. Məni alacağını deyir, mən də ona inanıram, mənə olan münasibətinin ciddi olduğunu bilirəm. Bilirəm ki, bizim danışmağımız dini cəhətdəna qadağan edilmişdir, Lakin bacara bilmirəm, onunla danışmaya bilmirəm. Bu mənim zəifliyimdir. Bu barədə çoxlu kitablar oxumuş, nəsihətlər eşitmişəm. Amma hisslərimi cilovlaya bilmirəm. Nə edəcəyimi bilmirəm. Xahiş edirəm, mənə kömək edin. İstəyirəm ki, Allah mənə qəzəblə deyil, mərhəməti ilə baxsın.
Cavab: Bu məsələyə iki prizmadan - dini və psixoloji - baxmaq olar.
Aralarında nikah və ya yaxın (məhrəm) qohumluq əlaqəsi olmayan oğlan və qızın təklikdə qalmaları dini qanunlara görə qadağandır. Bu məsələyə din çox həssas yanaşmışdır. Kişi və qadın xəlvətdə qalmamalıdı, çünki onların üçüncü Şeytandır. ("Kənzül-Ümmal fi sünənil-Əqvalil-Əfal")
Ünsiyyət zamanı əxlaqsız fikirlər yaranar və bu münasibət sərhədləri aşarsa İnternet və ya telefon vasitəsilə belə, ünsiyyət saxlamağa icazə verilmir. Qurani-kərimdə "zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!" - deyə buyrulur. ("İsra", 32) Maraqlı budur ki, ayədə "zina etməyin" yox, "zinaya yaxın düşməyin" - deyə müraciət olunur.
İslam qanunlarına riayət edən və gözəl əxlaqa malik olan bir gəncin təklifinə müsbət cavab vermək tövsiyə edilmişdir.
Belə bir problemin yeganə və düzgün həll yolu gərəkən şərtlər daxilində nikah bağlamaqdır. Əgər oğlan həqiqətən sevirsə, onun məqsədi oyun oynamaq və əylənmək deyilsə, valideyinlərdən istəmək üçün elçi göndərməli və bu istiqamətdə cəhd göstərməlidir.
Əgər oğlan evlənməkdən imtina edərək, "hələ tezdir", "mənim evim və yüksək maaşım yoxdur" və s. kimi bəhanə gətirirsə, çox güman ki, məqsədi ciddi deyil. Belə olduqda, onunla bağlı - onu xatırladacaq hər şeydən (SMS, şəkil, hədiyyələr və s.) qurtulmaq lazımdır.
İslam dini uzun-uzadı sevgili münasibətlərini, "bir-birimizi tanımaq üçün hələ bizə zaman lazımdır" tipli bəhanələri qadağan edir, əvəzində ciddi fikir yarandığı təqdirdə şərt və xarakter xüsusiyyətləri açıqlamaqlar münasibəti rəsmiləşdirməyi zəruri hesab edir.
Bu problem bir çoxları üçün psixoloji faktordan da aktualdır. Belə bir münasobət yad olan bir insana öyrəşmə ilə başlayır. Bundan sonra xəyal qurmaq mərhələsi gəlir. Bundan sonra hər şey çəhrayı rəngdə görsənir və elə gəlir ki, sən artıq sevirsən.
Şəxsi marağınızı sevgi deyə qəbul etmək də mümkündür. Belə ciddi çıxarışlar əsasında tələskənlik etmək olmaz. Bu, şəxsi illyuziyalar da ola bilər. Onunla görüşməyin mümkünsüzlüyü və bunun qüvvədən artıq olması dərin hisslər deyil, daha çox ehtiras cizgiləri ilə uyğun gəlir.
Ehtiras elə təhlükəlidir ki, mövcudiyyət üzərində insanın şüurunu nəzarətdən çıxartır. Fikirləriniz bir predmet üzərində cəmləşdikdə, özünü kənardan müşahidə edə bilmək bacarığı ölür. "Mən bacarmaram!" deməkdənsə, özünü idarə etməyi bacarmaq lazımdır. Birinci addımı oğlan atmalı, ünsiyyətə məhdudiyyət qoymalı, belə bir münasibətin qadağan olduğunu anlamalıdır.
Mövcud vəziyyətdən daha yaxşı çıxış yolu elçi düşmək və həyat yoldaşı etməkdir.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-09-23Baxış sayı : 108