background img
banner

Hansı namazdır ki, tək qılınsa batildir?

Increase text size Decrease text size

Namazlar üç hissəyə bölünür: 1. Camaatla qılınması vacib olan namazlar; 2. Tək şəkildə qılınması vacib olan namazlar; 3. Tək, yaxud cəm şəkildə qılınması keçərli olan namazlar.

Camaatla qılınması vacib və tək şəkildə qılındıqda batil sayılan namaz Cümə namazıdır.

Həm tək, həm də cəm şəkildə qılınmasına icazə verilən namazlar gündəlik namazlardır. Ancaq gündəlik namazların camaat şəklində qılınmasına daha çox təkid edilmişdir. Hətta bəzi fəqihlər demişlər ki, etinasızlıq üzündən camaat namazında iştirak etməmək caiz deyil.

Tək şəkildə qılınması vacib, cəm şəkildə qılındıqda batil sayılan namazlar müstəhəb (bəyənilən) namazlardır.

Ancaq dörd namaz vardır ki, bu mövqedə istisnadır:
1. Camaat namazı icra olduğu zaman, əgər bir nəfər tək şəkildə namaz qılmışsa, müstəhəbdir ki, tək halda qıldığı namazını ikinci dəfə cəm şəklində qılsın. Əgər birinci qılmış olduğu namazın batil olduğunu başa düşsə, ikinci namazı onun üçün kifayətdir.
2. Fitr bayramının namazı
3. Qurban bayramının namazı
4. Yağış namazı

Hazırladı: F.A.

Tarix : 2016-09-23Baxış sayı : 121