background img
banner

Evlənmək üçün istixarə etmək

Increase text size Decrease text size

Sual: Mən izdivac etmək üçün istixarə etdim, pis gəldi. Amma istixarəyə əməl etmədim və altı il əvvəl həyat yoldaşımla izdivac etdim. Hal-hazırda bir oğlumuz vardır. İzdivac etdiyimiz vaxtdan bir sıra problemlərimiz olmuşdur. Hal-hazırda boşanma işim vardır. O deyir ki, yaxşı adamdır, mehriban qəlbi var, amma mən inanmıram. Mən evliliyin davamlılığı ilə rabitədə, xüsusən də istixarəyə diqqət göstərməmiş olduğum vaxtdan yaxşı duyğuya malik deyiləm. Siz nə düşünürsünüz?
Cavab:
1.İstixarə bir əməldir ki, xüsusi şərtlər əsasında məhdudlaşmışdır. Belə ki, məşvərət və düşüncədən sonra insan bir nəticəyə yetişməyərsə, istixarə edə bilər. Xeyirli işlərdə istixarərəyə ciddi bir ehtiyac yoxdur.
2. İstixarənin cavabına uyğun olaraq əməl etmək şəri cəhətdən lazım deyil. Siz onun əksinə də əməl edə bilərsiniz. Elə isə, çalışın ki, bu fikri öz zehninizdən atasınız. Düşünməyin ki, zidd bir işə mürtəkib olmuşsunuz. Bəzən acı həyat bu cür fikir və xəyallardan yaranır və güman edirik ki, bu iş heç də doğru-düzgün olmamışdır. Əgər həmişə bu fikirlə yaşasaq, sevgi-məhəbbət sütunlarını dağıtmış və xoşbəxtlik üçün şəraiti aradan aparmış olarıq.
3. Çalışın, yaşayış çətinliklərinizi əxlaqi çərçivələrdə danışıq və daha çox düşüncə vasitəsilə həll edəsiniz. Əks təqdirdə, ilahi qanunlar əsasında rəftar edin.
Hövzə saytının materialından istifadə edilmişdir.

Tarix : 2016-09-23Baxış sayı : 125