background img
banner

Pişik tükü namazı batil edirmi?

Increase text size Decrease text size

Heyvanlar arasında, yalnız quruda yaşayan it və donuz nəcisdir. Buna görə də, diri pişik və onun tükü pakdır. Pişiyin ifrazatı isə nəcisdir. Bu hökm təkcə pişiyə aid deyil, əksinə əti haram olan və atıcı qana malik bütün heyvanlara aiddir. Əlbəttə, ölmüş pişik murdar sayıldığına görə, onun ruha malik bədən üzvləri də nəcisdir. Pişiyin tükü isə nəcis deyil. Çünki tük ruha malik deyil.


Namaza gəlincə, namazqılanın paltarı əti haram olan heyvanın əzasından olmamalıdır. Aydındır ki, pişik - əti haram olan heyvanlardandır. Fəqihlərin əksəriyyəti qeyd edib ki, belə bir heyvanın, hətta bir tükü belə, namazqılanın üstündə olsa, namazı batildir.


Yalnız Ayətullah əl-üzma Sistani namazqılanın bədən və paltarının belə bir heyvanın sidik, nəcis, tər və tüklərinə bulaşmamalı olduğunu demişdir. Ancaq, əgər heyvanın bir tükü, məsələn, onun paltarında olsa, bunun heç bir zərəri yoxdur. Məsələn, onlardan bir hissəsini qutuya qoyub, özü ilə daşısa da bu hökm ona şamil olur.


Əti haram olan heyvanın rütubəti barəsində isə bütün təqlid edilən alimlər buyurublar ki, pişik kimi əti haram olan heyvanın ağız, yaxud burun suyu, ya da digər bir rütubəti, namazqılanın bədənində, yaxud paltarında olsa, əgər yaş olarsa, namazı batil, əgər quruyarsa və eyni aradan getmiş olarsa, namazı düzgündür.

Tarix : 2016-10-03Baxış sayı : 116