background img
banner

Quran oxumağın әdәblәri

Increase text size Decrease text size

"Qurandan sizә müyәssәr olanı oxuyun." ("Muzzәmmil" 20)

 

Sәn, ey Quranı sevәn, onun ayәlәrini müqәddәs hesab edәn şәxs... Quran oxumaq bәyәnilәn ibadәtdir vә bunu Allah sevir. Çünki Quran əzәmәt sahibi olan Allahın kәlamıdır. Biz dә, hәr gün Quran oxumaqda әzmkarlıq göstәrmәli vә bu әmәli tәrk etmәmәliyik. 

 

Şübhәsiz ku, Quran qiraәtinin bir әdәbi vardır vә buna riayәt etmәk lazımdlr. Hәmin әdәb qaydalarından bәzilәri bunlardır:

 

- Quran oxumaq istәdiyimiz zaman dәstәmaz almalı, Allah kәlamını qiraәt edәrkәn paklığa riayәt etmәliyik. 

Tәharәt qaydalarına riayәt edә bilmәyәn şәxsә, Qurani-kәrimin ayәlәrinin yazılarına әli ilә toxunmasına icazә verilmir;

 

- Quran oxuyarkәn onun qarşısında әdәb vә ehtiramla oturmalıyıq;

 

- Qiraәtdәn әvvәl şeytanın şәrindәn Allaha sığınmaq, әvvәlcә "Ә'uzu billahi minәş-şeytanir-rәcim" (lәnәtlәnmiş şeytanın şәrindәn Allaha sığınıram) demәk, daha sonra qiraәtә başlamaq lazımdır;

 

- Quranı aram (tәrtil) vә xüşu (itaәtkarlıq) ilә oxumaq, qiraәt zamanı tәlәskәnliyә çalışmamalıyıq;

 

- Ayәlәrin mәnaları barәdә düşünmәk, onları dәrk etmәk vә buyurulan göstәrişlәrә әmәl etmәyә çalışmaq. Әgәr orada başa düşmәdiyimiz kәlmә vә ya ayәlәr olarsa bu barәdә mütәxәssislәrdәn soruşmaq vә ya tәfsir kitablarına müraciәt etmәk gərəkdir;

 

- Quran qiraәti üçün әn fәzilәtli vaxt sübh, әn fәzilәtli ay Ramazan ayıdır;

 

- Qurana qulaq asarkәn susmaq vә sakitçiliyә riayәt etmәk lazımdır.

 

Hazırladı: Fәrid Abdullah.

 

Tarix : 2016-10-06Baxış sayı : 512