background img
banner

"İbaq" nə deməkdir?

Increase text size Decrease text size

İbaq: Qəzəbli halda getmək.
"إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ" ("Saffat", 140)
Yəni, o zaman ki, Yunis qəzəbli və narazı halda dolu bir gəmiyə tərəfə getdi. Lüğətçilərin çoxu "İbaq" kəlməsini qaçış mənasında işlətmişlər. Onlar deyirlər: "ابق العبد", yəni nökər ağasından qaçdı. Lakin lüğət onu qorxusuz, zəhmətsiz (halda) getmək, həmçinin gizləndikdən sonra getmək (kimi) yazmışdır. Zahirən digər ifadəsi 
"إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ" olan "Ənbiya" surəsi 87-ci ayəyə "وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبًا" nəzər salmaqla (Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş), "əbəqə" feilinin qəzəb və qəhr halında getmək olduğu aydın olur. Narahatçılıq və ikrah qeydini artırmaqla lüğətin sözü də düzgündür. Belə ki, "ibaq" kəlməsinə qaçış demişlər və "عبد آبق" qaçan nökər kimi işlədilir, nəzərdə tutulan (məna) qaçmaq, qaçış deyil. Əksinə, qəzəb (hiddət) halında ağasından (çıxıb) getməkdir. 

Əli Əkbər Qurəşi, "Qamuse-Quran"
Çevirdi: Fərid Abdullah.

Tarix : 2016-10-06Baxış sayı : 71