background img
banner

Məscidi nəcis etmək olarmı?

Increase text size Decrease text size

Məscid və onun tərkibində olanları nəcis etmək (bizim dildə murdarlamaq) haramdır və paklanması vacib hesab edilir. Misalçun, bir nəfərin ayağı kanalizasiya suyuna bulaşıbsa və ayağı yaşdırsa, bu halda məscidin yerini nəcis edə bilməz. Və ya məsciddə uşaq yeri nəcis etsə, o yeri hökmən pak etmək lazımdır? Bəs nəcis olmuş yeri kim pak etməlidir? Bu (məsələdən hali olan) hər kəsə vacibdir. Yəni vacibul-kifayidir. Tutaq ki, bir ata oğlunu məscidə gətirib və uşaq da məscidin yerini nəcis etdi. "Atası var, o da paklamalıdır, mənə nə?" demək olmaz. Məsciddə olan (məsələni bilən) hər bir müsəlmana oranı pak etmək vacibdir. Amma biri durub şəxsən bu işi görsə, digərlərinin boynundan götürülür. Həm də fövri-vacibdir. Demək olmaz ki, "Qalsın gələn payızda yuyarıq", xeyr, məsələni bildikdən sonra dərhal əncam çəkmək lazımdır. Bəs, nəcis bir şeylə məscidə daxil olmaq olarmı? Misal üçün bir nəfər nəcis köynəklə gəlib məsciddə oturur. Nə qədər ki, məscidi nəcis etməyib, bunun bir maneəçiliyi yoxdur. Yaxşı, misal üçün, bir nəfər məscidə it gətirir, ona bunu nə üçün etdiyini soruşanda desə ki: "İt qurudur və məscid də nəcis olmur" bu dəlilə əsasən icazə varmı? Xeyr, icazə yoxdur. Çünki müqəddəs hesab edilən şeylərə qarşı xəyanətkarlıq və hörmətsizlik özü də haramdır. Bəlkə də "Məscid açıqdırsa, itin həyasına nə gəlib" anlamı da bir növ bu məsələdən doğur.

Fərid.

Tarix : 2016-10-08Baxış sayı : 61