background img
banner

Nəyə görə it nəcis hesab olunur?

Increase text size Decrease text size

Şəri hökmlərin real xeyr və zərərə söykənməsi islam dininin aşkar məsələlərindəndir. Əgər xeyir və zərər olmasaydı nə əmr olardı, nə də nəhy (qadağa). Nədə ki, bir şeyin paklığı və nəcisliyi barədə bir hökm. Deməli, harada Allah tərəfindən bir işin vacibliyi bəyan olunursa həmin işdə mütləq xeyr və qadağasında da mütləq zərər var. Biz bu işin mahiyyətini dərk etməsəkdə belə Allahın razılığını qazanmamızdan ötrü bu buyruqlara əməl etməliyik. Əgər Allah bir şeyi nəcis qərar verərək ondan çəkinməyi buyurmuşdursa deməli, həmin şeydə mütləq zərər olduğundan ötrü ondan çəkinmək zəruridir. Məlumatsızlıq üzündən biz bəzi şəri məsələlərin fəlsəfəsini bilməyə bilərik, lakin zaman keçdikcə elmi araşdırmalar nəticəsində bir şox şeylərin fəlsəfəsi aşkarlanır. 
İtin islam dinində nəcis buyurlulmasının müəmmalı hökmünun illər keçdikdən sonra bəzi hikmət və fəsəfəsi aşkarlanmışdır. İtin mədəsində 4 milli metirlik bir "Tinya İkinuskus" adlı qurd var. Bu qurdun yumurtaları itin nəcisi ilə birlikdə xaric olur və itin anusunun ətrafına yapışır. İt dilinin vastəsi ilə bu yumurtaları bədəninin hər yeinə çatdıraraq ətrafa yayır. Əgər bu yumurtalardan biri insanın mədəsinə daxil olarsa müxtəlif xəstəliklərin yaranmasına və nəticədə insanın ölümünə səbəb ola bilər. 
Bu, İslam dininin iti nəcis hesb etməsinin hikmətlərindən sadəcə biridir. Lakin digər gigiyenik zərərlərin və digər səbəblərin də olması mümkündür. 
İtin nəcis hesab edilməsi bir fighi məsələdir. Quranda itin nəcis və yaxud da pak olması barədə bir söz deyirlmir. Əlbəttə bunu da qeyd edək ki, təkcə bu deyil, bir çox şəriət hökmləri barədə Quranda bir şey qeyd olunmamışdır. Quran fiqhi məsələlərin açıqlanmasında külliyyatla kifayətlənərək onların açıqlanması və təfsilatını peyğəmbərin (s) , ondan sonra isə imamların öhdəsinə qoymuşdur. Bu xamımdan itin nəcis olması fighdə iki yolla isbatlanır: 
1. İcma. Bütün fəgihlər iti eyni nəcis hesab edirlər və bu məsələdə onlar icma təşkil etmişlər. 
2. Hədis. Bu icma şiə fighində sözü gedən məsələ barəsində çoxlu sayda hədisə istinadən təşkil olunmuşdur. Qeyd edək ki, itin nəcis olması barədə imamlardan nəql olunan rəvayətlər də iki qismdir. Bəzilərində açıq aşkar "nəcis" sözündən istifadə olunur. Bəzilərində isə bu söz aşkar olaraq qeyd olunmamış və sadəcə hədisin özündən itin nəcis olmasının lazımlığı başa düşülür. Hədislərin ünvanını qeyd etməklə kifayətlənirik: 
Vəsailüş-Şiə, c.3, nəcasət bəhsinin 12-ci fəsli, 6-cı hədis, Darul Əhyait-Turas Əl-Əərbi, Berut.

Hazırladı: Bəhruz Əlizadə.

Tarix : 2016-10-08Baxış sayı : 102