background img
banner

Yeni elmi ixtiralar barəsində İslamın nəzəri necədir?

Increase text size Decrease text size

Yeni elmi ixtiralar barəsində İslamın nəzəri necədir?

Nə qədər ki, bu kəşf və ixtiralar bəşəriyyətə xidmət göstərir, elmi ixtira və kəşflər barədə İslam dininin nəzəri hər zaman faydalı və yaxşı olacaqdır. Amma əgər insanlara zərər və ziyan versə, bəşəriyyətin yox olması və ona xətər dəyməsinə qulluq etsə, həmçinin insanların yaşadığı ətraf mühitə və təbiətə zərbə vursa sözsüz ki, pisdir və bunu İslam dini heç bir vəchlə qəbul etməyəcək. 
Misal üçün, təyyarə, gəmilər, tibb elmində irəliləyişlər, rabitə vasitələrinin inkişafında tərəqqi göstərmək, daha çox enerji əldə etmək qabiliyyəti uğrunda səy göstərmək, bir sözlə bəşəriyyətə xidmət göstəriləcək hər bir addım bəyəniləndir və buna dəstək verilməlidir. Amma məzlum insanları güllə yağışına tutmaq, onları bombalamaq, Hiroşima, Naqasaki, Çernobl kimi faciə meydana gətirmək və ya ədəbsiz, təhrikedici təsvirlərin istehsal və yayımlanması, insan mədəniyyətinə fəsad gətirmək, zorakılığa təşviq etmək, qarşıdurma yaratmaq və s. hallar pis bir şeydir və bunlar qəti qəbul olunmur. Bu cür fəsadla mübarizə aparmaq hər bir müsəlmanın borcu və vəzifəsidir.

Fərid Abdullah.

Tarix : 2016-10-08Baxış sayı : 65