background img
banner

Ət və ət məhsullarını hansı şəraitdə xətircəmliklə ala bilərik?

Increase text size Decrease text size

Deməli, yenə maraqlı bir məsələ. Ət və ət məhsullarını hansı şəraitdə xətircəmliklə ala bilərik? Burada ən əsas üç cəhət var: 1. Müsəlman bir kəsin əlindən alasan, 2. Müsəlman bazarından alasan, 3. Müsəlman məmləkıtindən alasan. Burada aldığın ət və ət məhsulları barədə təhqiqat aparmağa lüzum yoxdur. Sözsüz ki, əgər satılan ətin murdar olmasına dair əldə dəlil olmasın. İndi belə bir sual ortaya çıxır. Müsəlman əlində qeyri-islam ölkələrindən gətirilmiş ət və ət məhsulları, dəri və s.-ri almaq məsələni həll edirmi? Cavab verərik ki, burada sabit olunan qayda saqit olur. Bəs, misal üçün ətin üstündə yazılıb ki, Fransada istehsal olunub, lakin İslam qaydalarına əsasən hazırlanıb, olar, ya yox? Cavab verərik, əgər satıcı müsəlmanın buna dair yəqinliyi varsa, ondan istifadə edə bilərik. Lakin əgər "bilmirəm, mənə gətiriblər mən də satıram" desə, ondan istifadə etmək məsələni çətinləşir. Çünki, bir yazı hər şeyi həll etmir. Bəs ət və ət məhsulları, həmçinin dəri kimi məmulatların murdar olub-olmaması barədə şəkk etsək necə? Burada bir neçə məsələ var. Seyid Xoyinin fikrinə əsasən belə məmulatların alqı-satqısı və paklığı mümkündür, lakin yeyilib, onlarla namaz qılınmasına icazə verilmir. Seyid Sistani isə fəqət belə məmulatların yeyilməsinə icazə vermir. Bəzi alimlər , misal üçün Mirzə Cavad Təbrizi heç birini icazəli bilmir. Bəzi alimlərin fikirlərinə baxaq: 

Seyid Xamenei: "İslam ərazilərində satılan heyvanın əti, dərisi və bu kimi digər hissələri pakdır. Həmçinin əgər bunlar müsəlmanınkı olsa, pakdır. Lakin qeyri-müsəlman ölkələrindən gəyirilən ət, dəri və heyvanın digər hissələri, əgər onun şəri qaydada kəsilməyinə yəqinlik olmasa, pakdır. Başqa sözlə desək, əgər heyvanın şəri qaydada kəsilmədiyinə əmin olsaq, napakdır. Deməli, əgər heyvanın İslam şəriətinin qoyduğu qaydada kəsildiyini bilsək, yaxud ehtimal versək, pakdır. "

Şeyx Fazil Lənkərani: "Müsәlmаnın әlindә оlаn әt, piy, dәri pаkdır. Әgәr bir kәs о müsәlmаnın bunlаrı kаfirdәn аldığını bilsә vә Şәriәtdә müәyyәn оlunmuş qаydа-qаnun üzrә kәsilmәsi bаrәdә ахtаrış аpаrmаsа nәcis dеyil, аmmа оnu yеmәk hаrаmdır vә о dәridәn hаzırlаnаn pаltаrlаrdа nаmаz qılmаq cаiz dеyil."

Şeyx Nasir Məkarim Şirazi: Müsəlman bazarında satılan və ya müsəlmanın hədiyyə etdiyi ətlər pak və halaldır. Bu ətlərə münasibətdə araşdırma aparmaq lazım deyil. Amma məlum olsa ki, həmin müsəlman bu əti kafirdən alıb və lazımınca diqqət göstərməyib, ondan yemək haramdır. Qeyri-İslami ölkələrdən gətirilən dərilər pakdır, amma onlarla namaz qılmaq olmaz. Qeyri-İslami ölkələrdən gətirilən yağ, pendir, dərmanlar, sabunlar, kremlər, parçalar, ətirlər və bu kimi başqa şeylər pakdır. Yalnız əminlik varsa, onları pak saymamaq olar."

Şeyx Vəhid Xorasani: "Kafir ölkələrindən gətirilən maye dərman, ətir, yağ,
krem və sabunun nəcis olmasna şəxsin yəqini olmasa,pakdr. Müsəlman bazarndan alnmış ət, piy və dəri pakdr. Həmçinin, əgər təzkiyə olunmuş müamilə edən bir müsəlmanın da əlində olsa, eyni hökmdür. Amma əgər o müsəlman kafirdən almış olsa və şəri qayda ilə kəsilib-kəsilmədiyi barədə təhqiq etməsə (bu halda pak deyildir)".

 

Fərid Abdullah.

Tarix : 2016-10-08Baxış sayı : 92