background img
banner

Hansı pendirləri yemək olmaz?

Increase text size Decrease text size

Biz bilirik ki, pendiri adətən qursaqdan hazır edirlər. Belə isə, qursaqdan hazırlanmış pendiri yemək olarmı? Alimlər deyir ki, əgәr quzu vә yа çәpiş ölsә оnun qursаğındа оlаn pеndir mаyаsı pаkdır. Аmmа оnun üstünü, zаhirini suyа çәkmәk lаzımdır. Bəs, xarici ölkələrdən gətirilmiş pendiri necə? Axı bilirik ki, bu qursaq sahibi heyvan ya qeyri-şəri yolla kəsilib, ya da ölüb. Onun qursağından hazırlanmış pendiri yemək olarmı? Burada diqqət yetirmək lazımdır. Əgər pendirin üzərində heyvan qursağından hazırlanması göstərilsə bu pendiri yeməmək lazımdır. Bəzən də pendirin üzərində süni qursaqdan hazırlandığı yazıla bilər. Bu cür pendiri yeməyin bir maneəsi yoxdur. Elə isə birdən pendirin üzərində qursaqdan hazırlanması yazılsa nə etməliyik? Bu pendirin təbii və ya süni qursaqdan hazırlandığına şübhə edildiyinə görə ondan istifadə etmək olar. Lakin ehtiyata əməl edənlərin də olması mümkündür.

Azərbaycan müsəlman ölkəsidir. Bizdə olan süd və pendir məhsulları demək olar ki, lazımı qaydada hazırlanır. Ən azından buna ümid edirik, çünki müsəlman ölkəsiyik. Lakin xarici ölkələrdən gətirilən pendirlər də var ki, onların tərkib hissəsinə baxmaq lazımdır. Onun qeyri-islami yolla hazırlanmasına dair yəqinlik hasil olsa ondan çəkinmək lazımdır.

Tarix : 2016-10-08Baxış sayı : 59